Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qəbiristanlıqda acınacaqlı vəziyyət - VİDEO

Baxış: 135
Qəbiristanlıqda acınacaqlı vəziyyət - VİDEO


Baku TV-nin qaynar xəttinə Suraxanı rayonunun Hövsan qəsəbəsində, "Beton zavod" deyilən ərazidə yerləşən qəbiristanlığın vəziyyəti ilə bağlı müraciət daxil olub.
Vətəndaşlar qəbiristanlıqda uzun müddətdir təmizlik işlərinin aparılmadığını, qəbirlərin ətrafını alaq otlarının basdığını bildirirlər.

Çəkiliş zamanı ərazidə bir sıra qəbirlərin ətrafında hündür və quru otların olduğu, bəzi yerlərdə isə alaq otlarının qəbir daşlarına qədər yayıldığı müşahidə olunub. Şikayətçilərin sözlərinə görə, ərazidəki işçilər qəbirlərin yanındakı otları təmizləmək üçün onları yandırıblar.

İddia olunur ki, nəticədə yaranan alov bəzi qəbirlərə ciddi zərər vurub. Vətəndaşlar həmçinin qeyd ediblər ki, qəbiristanlıqdakı bulaqdan təxminən iki ildir su gəlmir. Onlar bildirirlər ki, suyun olmaması qəbirlərin ətrafının təmizlənməsini də çətinləşdirir. Qəbiristanlıqla bağlı səsləndirilən digər iddia isə oğurluq hallarıdır. Şikayətçilər bəzi qəbirlərin üzərindən güldan və digər əşyaların götürüldüyünü bildirirlər.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.