Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qazilər sosial-psixoloji dəstək layihəsinə cəlb olunub

Baxış: 353
“Böyük Qayıdış” Gənclər Təşkilatı Vətən müharibəsi qazilərinə sosial dəstək tədbirləri çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Sosial Xidmətlər Agentliyinin tərəfdaşlığı ilə gənc qazilər üçün sosial-psixoloji dəstək layihəsi keçirib. 
Tərəfdaş qurumların nümayəndələri, layihənin ekspert və qonaqları, gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə Gənclərin Resurs Mərkəzində baş tutan layihədə 5 gün ərzində 10 görüş baş tutub. Bakıda yaşayan və sosial-psixoloji reabilitasiyaya ehtiyacı olan gənc qazilər peşakar təlimçilərin iştirakı ilə motivasiya, psixoloji dəstək təlimləri və tanınmış simaların iştirakı ilə motivasiya xarakterli görüşlərdə iştirak ediblər. 
Növbəti mərhələdə layihənin paytaxtla yanaşı regionlarda da icrası planlaşdırılır.
Həmçinin, “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən qazilərlə bağlı məşğulluq, qeyri-formal təhsil, ixtisasartırma, fərdi inkişaf və asudə vaxtın səmərəli təşkili sahələrində layihələrin keçirilməsi də nəzərdə tutulur. 
“Böyük Qayıdış” Gənclər Təşkilatının məqsədi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsində qazandığı şanlı zəfər tarixinin gənclər arasında təbliğ edilməsi, Vətən müharibəsi qəhrəmanlarının, şəhid və qazilərinin cəmiyyətdə tanıdılması, işğaldan azad olunmuş torpaqların dirçəldilməsi prosesinə gənclərin səfərbər edilməsi, işğalın fəsadlarının, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması, həmçinin Vətən müharibəsində iştirak edən gənclərin maraqlarının dəstəklənməsi təşkil edir.














Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.