Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Həftəiçi sıx olan avtobuslara bayramda məhdudiyyət niyə tətbiq edilir?

Baxış: 273
“Avtobuslara bayramlarda məhdudiyyət qoyulması vətəndaşları sıx toplaşmaqdan müəyyən qədər çəkinməyə vadar edəcək”.
Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşı Könül İsmayılova deyib.
“İctimai nəqliyyatdakı sıxlıq ara məsafəsinin gözlənilməsinə mane olur. Düzdür, hər kəs pandemiyadan yorulub və bayramı normal qaydada qohumlarla birlikdə qeyd etmək istəyir.
Lakin bu məhdudiyyətlər vətəndaşların sıx toplaşmasının qarşısını müəyyən qədər alacaq. Buna görə, avtobuslarla bağlı qərarın effektivliyini görə biləcəyimizi düşünürəm”, - o bildirib.
Həkim peyvənd vurdurmaq istəyənlərin xəstəxanalarda onlayn qeydiyyatının nəzərə alınmamasına da münasibət bildirib:
“Peyvəndlənmə prosesində sıxlıq yaşanması yoluxmanın artmasına səbəb ola bilər. Buna görə qeydiyyatın onlayn aparılması daha düzgündür. Lakin hansısa vətəndaş peyvənd vurdurmaq üçün birbaşa klinikaya yaxınlaşarsa, ona yenidən sıra nömrəsi verilməklə peyvəndlənməsi baş tuta bilər”.
Peyvənd olunan şəxslərin bir il sonra yenidən peyvəndlənməyə cəlb oluna biləcəyini qeyd edən həkim onu da əlavə edib ki, virusa yoluxanlar 3-6 ay sonra peyvənd vurdura bilərlər.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.