Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan vətəndaşlığı kimlərə verilə bilər?

Baxış: 253
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi barədə şərtləri açıqlayıb.
SAHIBKARTV.Az-ın məlumatına görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinin rəisi Elnur Kələntərov video paylaşıb.
O bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasına, həmçinin qanunlarına riayət edilməsi barədə öhdəlik götürən, Azərbaycanın dövlət dilini bilməsi barədə müvafiq sənəd təqdim edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs mənşəyindən irqi və milli mənsubiyyətindən, dinə münasibətindən, cinsindən, təhsilindən, siyasi və digər əqidələrindən asılı olmayaraq qanunvericiliyə müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilə bilər.
E.Kələntərovun sözlərinə görə, şəxs əvvəlcə Azərbaycanda iki il müddətində müvəqqəti yaşama icazəsi ilə qalmalıdır:
“Daha sonra isə beş il müddətində daimi yaşama icazəsi ilə fasiləsiz qalmaq olar. Fasiləsiz o deməkdir ki, həmin şəxs Azərbaycandan kənarda il ərzində 90 gündən artıq vaxt keçirməməlidir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.