Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bərdədə evlərə qənim kəsilən dəstə ələ keçdi

Baxış: 254
Bərdə rayonunun bir qrup sakini mart və aprel aylarında Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus məişət əşyalarının oğurlanması barədə məlumat veriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Araşdırmalarla onların Bərdə şəhər sakini Ramin Cəfərov və Mingəçevir şəhər sakini Mətləb İsayev olduğu müəyyən edilib. Onların birlikdə məişət əşyaları və su motorları oğurlamaqla zərərçəkmiş şəxslərə 3 min manat civarında ziyan vurduğu məlum olub.
Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.