Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

85 baş qoyunla yoxa çıxan Salyan sakininin atasından AÇIQLAMA - VİDEO

Baxış: 126
85 baş qoyunla yoxa çıxan Salyan sakininin atasından AÇIQLAMA - VİDEO


Oğul atasının 85 baş qoyununu oğurlayıb. Atası qoyunları Xırdalan şəhərindən tapıb.

Xezerxeber.az xəbər verir ki, hadisə Salyan rayonunun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini, 26 yaşlı Ramiz Rüstəmov özlərinə məxsus 85 baş qoyun-quzunu otarmaq üçün örüş sahəsinə aparsa da, geri qayıtmayıb. Valideyni ondan şübhələnərək hərəkətə keçib.

Yaxınlarının bildirdiyinə görə, hadisə iki gün əvvəl baş verib və gəncdən həmin vaxtdan etibarən heç bir xəbər almaq mümkün olmayıb. Ötən gün isə Təsərrüfat sahibi Xırdalanda qəssabxanaların birinə gedərək qoyunlarını tanıyıb.

Ailə üzvləri bildirir ki, bundan əvvəl də övladları bir neçə dəfə eyni hadisəni törədib və sonradan evə qayıdıb. Amma bu dəfə övladlarının da yoxa çıxması onların təşvişinə səbəb olub.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda Ramiz Rüstəmovun yerinin müəyyən edilməsi istiqamətində araşdırma və axtarış tədbirləri davam etdirilir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.