Day, Month 00, Year
00: 00: 00 AM
“YAŞAT”: Şəhid övladlarına ödənişsiz təhsil imkanı yaradılacaq

“YAŞAT” Fondu tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin övladlarının yüksək səviyyəli təhsil imkanlarından yararlanmasına dəstək verilir.
Fondan verilən məlumata görə, dəstək proqramı çərçivəsində əməkdaşlıq yaradılmış özəl məktəblərdə şəhid övladlarına ödənişsiz təhsil imkanı yaradılacaq. Müraciət edənlər arasında seçim müvafiq məktəb tərəfindən təşkil edilən imtahan əsasında aparılacaq.
“YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində Evrika Liseyində Bakı şəhəri, Nərimanov rayonu ərazisindən olan üç şəhid övladı üçün 100 % nisbətində güzəşt tətbiq edilir. 
Müraciətlər 8110 Çağrı mərkəzi vasitəsilə bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək qəbul edilir.    
Qeyd: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar iki nəfər əlilliyi müəyyən olunmuş hərbi qulluqçunun övladı üçün təhsil mərkəzi tərəfindən 50 % güzəşt tətbiq ediləcək. Vəsaitin qalan hissəsi isə şəxsin özü tərəfindən qarşılanacaq.
Son müraciət tarixi: 03.05.2021
Qəbul imtahanı may ayının ikinci həftəsində keçiriləcək.


Tarix: 20-04-2021, 10:02 Oxunub: 95


Bölməyə aid digər xəbərlər