Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb

Baxış: 584
Dövlət Əmək Müfəttişliyi Xidmətində aparılan təhlillər nəticəsində Azərbaycanda “orta aylıq əmək haqqı” anlayışının “aylıq orta əmək haqqı” sözləri ilə əvəz olunması istiqamətində Əmək Məcəlləsinə dəyişiklik təklif edilib.
Sahibkartv.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Növbətçi Müfəttiş”də çıxışı zamanı deyib.
O bildirib ki, hazırlanan layihə hazırda razılaşdırma mərhələsindədir:
“Aylıq orta əmək haqqı orta əmək haqqının bir hissəsi kimidir. Çünki Əmək Məcəlləsinin 179-cu maddəsində orta əmək haqqının saxlanılması nəzərdə tutulan hallar var. Bu, təkcə aylıq deyil, müəyyən dövr üçün – 3 günlük, beş günlük də ola bilər. Ona görə həmin dövr üzrə orta əmək haqqı hesablanır. Məhz bu məqsədlə sözügedən anlayışlara aydınlıq gətirilməsi üçün layihə hazırlamışıq”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.