“Son illər dünyada rəqəmsallaşma artıq yalnız texnoloji inkişaf göstəricisi kimi deyil, dövlət idarəçiliyinin keyfiyyətini, iqtisadi rəqabət qabiliyyətini və milli təhlükəsizliyi müəyyən edən əsas amillərdən biri kimi qiymətləndirilir. Əgər əvvəlki mərhələlərdə rəqəmsal transformasiya əsasən elektron xidmətlərin genişləndirilməsi ilə əlaqələndirilirdisə, bu gün söhbət dövlət idarəçiliyinin mahiyyətcə yeni modelindən gedir. Məhz buna görə də dünyanın aparıcı ölkələri rəqəmsal inkişafı artıq iqtisadi və ya texnoloji layihə kimi deyil, uzunmüddətli dövlət strategiyasının ayrılmaz hissəsi kimi həyata keçirirlər”.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycanın son dövrdə qəbul etdiyi qərarlar göstərir ki, ölkəmiz də bu qlobal tendensiyanı vaxtında qiymətləndirərək rəqəmsal transformasiyanı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində rəqəmsallaşma artıq ayrıca bir sahə deyil, dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən sistemli inkişaf modelinə çevrilir. Bu ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin nəticəsində Rəqəmsal İnkişaf Şurası yaradılmış, «2026–2028-ci illər üçün Fəaliyyət Planı» isə 58 konkret təşəbbüsü əhatə edən strateji sənəd kimi təsdiq edilmişdir. Şuranın əsas məqsədi müxtəlif dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, vahid yanaşmanın formalaşdırılması və qəbul olunan qərarların effektiv icrasının təmin edilməsidir. Bu baxımdan, iyunun 29-da Rəqəmsal İnkişaf Şurasının Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən ilk iclası təkcə yeni yaradılmış qurumun fəaliyyətə başlaması deyil, dövlət idarəçiliyində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. «Məqsədimiz Azərbaycanı regionda rəqəmsal inkişaf və süni intellekt sahəsində aparıcı dövlətlərdən birinə çevirmək, lakin bütün qərarları milli maraqlarımıza uyğun qəbul etməkdir» — bu fikir iclasın əsas fəlsəfəsini dəqiq ifadə edir. İlk dəfə olaraq rəqəmsallaşma, süni intellekt, innovasiya, kibertəhlükəsizlik və qanunvericilik islahatları vahid strateji platformada birləşdirilir. Bu isə göstərir ki, qarşıya qoyulan məqsəd ayrı-ayrı layihələrin həyata keçirilməsi deyil, vahid rəqəmsal dövlət modelinin formalaşdırılmasıdır.
Deputatın sözlərinə görə, müasir dövlət idarəçiliyində əsas meyillərdən biri qərarların məlumatlara əsaslanaraq qəbul edilməsidir. İnkişaf etmiş ölkələrdə dövlət qurumlarının fəaliyyətinin koordinasiyası, xidmətlərin inteqrasiyası və süni intellekt texnologiyalarının tətbiqi idarəetmənin ayrılmaz hissəsinə çevrilib. Azərbaycanın qəbul etdiyi yeni yanaşma da məhz bu beynəlxalq təcrübəyə söykənir. Lakin burada xüsusi əhəmiyyət kəsb edən məqam ondan ibarətdir ki, xarici təcrübənin kor-koranə tətbiqi deyil, onun milli maraqlara uyğunlaşdırılması əsas prinsip kimi müəyyən olunub. Bu yanaşma Azərbaycanın rəqəmsal inkişaf siyasətinin əsas fərqləndirici xüsusiyyətidir. Bu gün rəqəmsal transformasiya anlayışı təkcə elektron xidmətlərin sayının artırılması demək deyil. Əsas məqsəd dövlət institutlarının daha çevik, daha şəffaf və daha operativ fəaliyyət göstərməsidir. Məhz buna görə də təsdiq olunmuş Fəaliyyət Planı rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizliyi vahid idarəetmə modeli çərçivəsində birləşdirir. Bu istiqamətlər ayrı-ayrılıqda deyil, qarşılıqlı əlaqədə inkişaf etdirilir və dövlət idarəçiliyinin bütün səviyyələrini əhatə edir.
O əlavə edib ki, müasir beynəlxalq münasibətlər sistemində rəqəmsal inkişaf artıq dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas göstəricilərdən biridir. “Diqqət çəkən məqamlardan biri də odur ki, Azərbaycanda rəqəmsal transformasiya yalnız texnoloji layihələrdən ibarət deyil. Paralel olaraq genişmiqyaslı qanunvericilik islahatları həyata keçirilir. 34 qanuna, 9 Prezident fərmanına və 3 Nazirlər Kabineti qərarına dəyişiklikləri nəzərdə tutan kompleks paket artıq hazırlanıb. Süni intellekt, innovasiya məhsulu, vençur kapitalı, frilanser fəaliyyəti kimi anlayışlar ilk dəfə hüquqi müstəvidə müəyyən edilir. Rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlər üçün 20 illik vergi güzəştləri, yüksəkixtisaslı mütəxəssislər üçün sıfır faizli gəlir vergisi, tədqiqat-inkişaf xərcləri üçün 2,5 əmsalı ilə vergi endirimi nəzərdə tutulur. «Rəqəmsal səyyah» vizasının tətbiqi isə Azərbaycanı beynəlxalq texnologiya istedadları üçün cəlbedici məkana çevirməyə yönəlib. Bütün bunlar göstərir ki, dövlət gələcək inkişafın hüquqi əsaslarını da əvvəlcədən formalaşdırır. Bu, rəqəmsal transformasiyanın uzunmüddətli və davamlı xarakter daşıdığını təsdiqləyir”,- deputat əlavə edib.
Deputat əlavə edib ki, bu proseslərin mühüm tərəflərindən biri də idarəetmənin daha səmərəli və nəticəyönümlü olmasıdır. Rəqəmsal texnologiyalar dövlət resurslarından daha rasional istifadə etməyə, qərarların qəbulunu sürətləndirməyə, bürokratik prosedurları azaltmağa və ictimai xidmətlərin keyfiyyətini yüksəltməyə imkan verir. Bu isə son nəticədə həm vətəndaş məmnuniyyətini artırır, həm də dövlət idarəçiliyinin institusional dayanıqlığını gücləndirir.
“Bugünkü geosiyasi reallıqlar fonunda dövlətlərin rəqabəti təkcə enerji resursları, nəqliyyat marşrutları və ya maliyyə imkanları üzərində qurulmur. Rəqəmsal texnologiyalar, süni intellekt, məlumatların idarə olunması və kibertəhlükəsizlik artıq dövlət gücünün mühüm elementlərinə çevrilib. Azərbaycanın qəbul etdiyi strateji qərarlar da göstərir ki, ölkəmiz bu yeni reallığı düzgün qiymətləndirərək rəqəmsal inkişafı milli inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi müəyyən edib. Beləliklə, Rəqəmsal İnkişaf Şurasının yaradılması və yeni Fəaliyyət Planının icrası təkcə növbəti islahat paketi deyil. Söhbət dövlət idarəçiliyinin yeni fəlsəfəsinin formalaşmasından gedir. Məqsəd texnologiyaların sadəcə tətbiqi deyil, onların dövlətin idarəetmə imkanlarını gücləndirən, iqtisadi inkişafı sürətləndirən, milli təhlükəsizliyi möhkəmləndirən və Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini artıran strateji alətə çevrilməsidir. Məhz bu baxımdan rəqəmsal transformasiya artıq Azərbaycanın gələcək inkişaf modelinin əsas sütunlarından biri kimi çıxış edir”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.