Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Zəhməti ilə Böyük Bir İrs Yaradan Zakir Abbasovun Xatirəsini Ehtiramla Anırıq

Baxış: 765

Azərbaycan sahibkarlıq tarixində özünəməxsus izi olan, zəhməti, uzaqgörənliyi və təşəbbüskarlığı ilə böyük biznes məktəbi formalaşdıran insanlardan biri də Cahan Holdinqin qurucusu və fəxri prezidenti Zakir Hüseyn oğlu Abbasov olmuşdur. Onun rəhbərliyi və əməyi nəticəsində əsası qoyulan Cahan Holdinq illər ərzində istehsal, ticarət, xidmət və digər istiqamətlərdə fəaliyyətini genişləndirərək ölkənin tanınmış biznes qurumlarından birinə çevrilmişdir. Holdinqin inkişafının təməlində məhz Zakir Abbasovun zəhməti, idarəçilik bacarığı və uzunmüddətli strateji baxışı dayanmışdır.

Cahan Holdinq fəaliyyət göstərdiyi dövrdə sahibkarlığın inkişafına töhfə verməklə yanaşı, istehsal sahələrinin genişləndirilməsi, yeni müəssisələrin yaradılması, məşğulluğun artırılması və yerli məhsulların istehsalının gücləndirilməsi istiqamətində mühüm rol oynayıb. Müxtəlif istehsal sahələrini özündə birləşdirən holdinq illər ərzində minlərlə insan üçün iş yeri yaradaraq ölkə iqtisadiyyatına töhfə vermiş, məhsullarını həm daxili bazarda, həm də xarici ölkələrdə tanıtmağı bacarmışdır.

Belə bir möhkəm təməl üzərində qurulan Cahan Holdinqin uğurlarında Zakir Abbasovun əməyini xüsusi qeyd etmək lazımdır. O, sahibkarlığa yalnız biznes kimi deyil, həm də cəmiyyətin inkişafına xidmət edən məsuliyyətli fəaliyyət sahəsi kimi yanaşırdı. Onun formalaşdırdığı idarəçilik prinsipləri sonrakı dövrdə də holdinqin fəaliyyətində öz əksini tapmış, şirkətin inkişaf yolunun əsas dayaqlarından biri olmuşdur.

Bu gün Cahan Holdinq müxtəlif istiqamətlərdə fəaliyyətini davam etdirərək ölkənin iri biznes strukturlarından biri kimi tanınır. İllər ərzində yaradılmış istehsal potensialı, həyata keçirilən layihələr və iqtisadi fəaliyyət istiqamətləri Zakir Abbasovun uzaqgörən sahibkarlıq məktəbinin davamı kimi qiymətləndirilir.

İnsan həyatda olduğu müddətdə gördüyü işlərlə xatırlanır. Zakir Abbasov da məhz zəhməti, yaratdığı dəyərlər, sahibkarlığın inkişafına verdiyi töhfələr və formalaşdırdığı biznes ənənələri ilə yaddaşlarda yaşayır. Onun qurduğu möhkəm təməl bu gün də fəaliyyətini davam etdirən böyük bir kollektivin və geniş biznes ailəsinin inkişafına xidmət edir.

Sahibkartv.az rəhbərliyi olaraq, Cahan Holdinqin qurucusu və fəxri prezidenti Zakir Hüseyn oğlu Abbasovun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailəsinə, yaxınlarına və onu tanıyan hər kəsə bir daha dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.