Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Naxçıvanda Televiziya və Radio Verilişləri QSC-yə sədr təyin edildi

Baxış: 407
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 1-də Sahil Tahirlinin “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında Fərman imzalayıb.
Bu barədə “Nuhçıxan İnformasiya Agentliyi” məlumat yayıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 17-də Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərman imzalayıb. Sahil Tahirli bugünkü təyinatadək Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb.
O, 2006-cı ildə “Şərq qapısı” qəzeti redaksiyasında İctimai-Siyasi Məsələlər Şöbəsinin müdiri vəzifəsində işləyib. 2006-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində məsləhətçi, 2007-ci ildən 2011-ci ilədək Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının sədri vəzifəsində çalışıb.
2011-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri təyin edilib. 27 mart 2013-cü ildən Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.