Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Məhsulların qiyməti nəyə görə artır? - VİDEO

Baxış: 403
Ölkədə müşahidə edilən qiymət artımının bir neçə səbəbi var. Onlardan bəzilərinin qarşısını almaq mümkün olsa da, bir qisminin obyektiv səbəbləri var. 
Bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında millət vəkili Mahir Abbaszadə deyib. O bildirib ki, qiymət artımı yerli istehsalla yanaşı xaricdən gətirilən məhsullarda da müşahidə edilir:
“Xarici valyutaların məzənnəsindəki dəyişikliklər idxal edilən məhsulların qiymətinə təsir edən amillərdəndir. Bundan başqa qiymət artımının bir səbəbi də pandemiya ilə əlaqədar ticarət tərəfdaşlarımızla iqtisadi əlaqələrdə yaranan müəyyən çətinliklər və bu çətinliklər səbəbindən həmin məhsulların bazarda az olmasıdır. Həmçinin digər artım səbəbi isə bayramla əlaqədar gündəlik istehlak məhsullarına olan tələbatın artmasıdır”.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.