Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rayon yollarında karantin postları qurulur? - AÇIQLAMA

Baxış: 282
Hazırda insanlar sərbəst şəkildə rayonlara gedə bilirlər. 
Bu barədə Sahibkartv.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.
O bildirib ki, pandemiya ilə bağlı polis postlarının qurulması Nazirlər Kabineti yanında operativ qərargahın qərarından asılıdır:
“Hazırda Nazirlər Kabineti tərəfindən belə bir qərar verilməyib. Polisə karantin postlarının qurulması ilə bağlı da heç bir göstəriş verilməyib. Bu gün insanlar sərbəst şəkildə rayonlara gedirlər”.
Qeyd edək ki, bu gün Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində SARS-CoV-2 genom analizi edilən üç nəfərdə COVID-19-un sürətlə yayılan Britaniya növünün aşkarlandığı barədə rəsmi məlumat yayılıb. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.