Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
Tarix: 24-04-2026, 09:16
/
Baxış: 306
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumata görə, Rusiyadan idxal olunmuş bitki tərkibli 19 ton spred yağı məhsulunda ciddi uyğunsuzluq aşkarlanıb. Rəsmi məlumatda bildirilir ki, məhsul “Jirovoy Kombinat” müəssisəsinə məxsusdur.
Laborator analizlərin nəticəsinə əsasən, ümumi çəkisi 19 ton olan, “Şedroe Leto” əmtəə nişanlı, 82,5%-lik, 1 kiloqramlıq məhsul partiyasında normadan kənar göstəricilər qeydə alınıb. Konkret olaraq “3-monoxlorpropan 1,2-diol (3-MCPD)” və “qlisidol şəklində ifadə olunan qlisidil yağ turşusu efirləri” üzrə uyğunsuzluq müəyyən edilib. Bu uyğunsuzluq 24.01.2026–21.09.2026-cı il istehsal və son istifadə tarixlərini əhatə edən məhsul partiyasına aiddir.
Məsələ ilə bağlı AQTA tərəfindən dərhal qanunauyğun tədbirlər görülüb və sözügedən məhsul partiyasının ölkə ərazisindən kənara çıxarılması, utilizasiyası və ya məhv edilməsi barədə qərar qəbul olunub. Lakin bu fakt daha böyük və narahatedici bir sualı gündəmə gətirir: belə məhsullar ümumiyyətlə Azərbaycan bazarına necə daxil ola bilir?
Mövzu ilə əlaqədar Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a danışıb: "Çox təəssüf doğuran haldır ki, AQTA məhsul bazara daxil olduqdan sonra bəzi hallarda məsələyə reaksiya verir; əksər hallarda isə əvvəlcə digər ölkələrdə uyğunsuzluqlar aşkar olunur, yalnız bundan sonra bizdə yoxlamalara başlanılır. Halbuki AQTA-nın bütün gömrük orqanlarında nümayəndələri mövcuddur, müasir laboratoriyaları fəaliyyət göstərir. Təəssüf doğuran digər məqam isə odur ki, hələ yanvar ayından bəri dövriyədə olan mal partiyaları ilə bağlı geri qaytarılma və ya geri çağırılma prosedurları ya işləmir, ya da açıq şəkildə görünmür.
Digər tərəfdən müsbət hal kimi qeyd etmək olar ki, artıq bu cür məhsulların konkret adları açıqlanır. Halbuki illər əvvəl bu məlumatlar ümumi şəkildə təqdim edilirdi və konkretlik yox idi. Lakin bununla kifayətlənmək olmaz. Çox yaxşı olardı ki, həmin məhsulları ölkəyə gətirən şirkətlərin də adları açıqlansın, hansı ticarət şəbəkələrində satışda olduğu göstərilsin. Eyni zamanda, bu məhsulların geri yığılması, məhv edilməsi və ya utilizasiyası prosesi tam şəffaf şəkildə həyata keçirilməli, bu prosesə KİV nümayəndələri də dəvət olunmalıdır. Əfsus ki, hazırda bu məsələlərin böyük hissəsi qaranlıq qalır.
Azad İstehlakçılar Birliyi dəfələrlə çağırış edib ki, belə halların qarşısı məhz gömrük mərhələsində alınsın. Əsas problemlərdən biri də məhv etmə prosedurunun şəffaf olmamasıdır. Belə ki, quruma daxil olan çoxsaylı şikayətlərdə iddia olunur ki, satışdan yığışdırılan bəzi məhsullar sonradan müxtəlif şirniyyat müəssisələrinə, tort istehsalı ilə məşğul olan obyektlərə yönləndirilir. Bu kimi iddialar cəmiyyətdə ciddi narahatlıq yaradır və əhalidə şübhələr formalaşdırır. Bu şübhələrə son qoymaq üçün maksimum şəffaflıq təmin edilməlidir.
İstehlakçılar da məsuliyyətli davranmalı, aldıqları məhsulların etiketlərinə xüsusi diqqətlə yanaşmalı, tərkibini və mənşəyini diqqətlə oxumalıdırlar. Bununla yanaşı, AQTA-ya bir daha çağırış edilir ki, bu kimi problemlərin kökü gömrük mərhələsində həll edilsin və keyfiyyətsiz, təhlükəli məhsulların ölkə bazarına daxil olmasının qarşısı əvvəlcədən alınsın".
Digər xəbərlər
Xəbər lenti
11:41
05-06-2026
05-06-2026
11:08
05-06-2026
05-06-2026
10:52
05-06-2026
05-06-2026
10:25
05-06-2026
05-06-2026
09:53
05-06-2026
05-06-2026
09:49
05-06-2026
05-06-2026
09:42
05-06-2026
05-06-2026
09:36
05-06-2026
05-06-2026
09:29
05-06-2026
05-06-2026
09:00
05-06-2026
05-06-2026
22:11
04-06-2026
04-06-2026
21:48
04-06-2026
04-06-2026
21:18
04-06-2026
04-06-2026
20:43
04-06-2026
04-06-2026
20:33
04-06-2026
04-06-2026
20:16
04-06-2026
04-06-2026
19:44
04-06-2026
04-06-2026
19:34
04-06-2026
04-06-2026
19:14
04-06-2026
04-06-2026
18:51
04-06-2026
04-06-2026
18:31
04-06-2026
04-06-2026
18:21
04-06-2026
04-06-2026
17:49
04-06-2026
04-06-2026
17:33
04-06-2026
04-06-2026
17:17
04-06-2026
04-06-2026
16:53
04-06-2026
04-06-2026
16:23
04-06-2026
04-06-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Fermerlər üçün yeni gəlir xəritəsi hazırlanır
04-06-2026 22:11
/
153
Məhsul istehsalından daha vacib olan nədir
04-06-2026 21:48
/
144
Kənd təsərrüfatında satış üsulları dəyişir
04-06-2026 21:18
/
144
Fermerlər üçün gələcəyin bazarları formalaşır
04-06-2026 20:43
/
162
Torpaq əsaslı sahibkarlıq niyə güclənir
04-06-2026 20:33
/
189
Kənd biznesində riskləri azaldan əsas faktorlar
04-06-2026 20:16
/
171








































