Ev sahibinə kirayə pulu ödəyəcəklər – Keçmiş məcburi köçkünlərlə bağlı QƏRAR VERİLDİ
Tarix: Bu gün, 11:23
/
Baxış: 27
Bakının Nəsimi rayonunda yerləşən mənzillərdən biri ətrafında uzun illərdir davam edən hüquqi çəkişmə yeni mərhələyə qədəm qoyub.
Paytaxtın Vaqif prospektində yerləşən və vaxtilə məcburi köçkün ailəsinin məskunlaşdığı mənzil üzrə məhkəmə qərarına əsasən, həmin ailə evin sahibinə təxminən 34 min manat təzminat ödəməli olacaq.
Mənzilin sahibi A. Musayev təxminən 15 il ərzində öz mülkiyyətindən istifadə edə bilmədiyini bildirərək dəfələrlə yerli məhkəmələrə müraciət edib. Məsələ illər əvvəl Avropa İnsan Hüquqları Məhkəməsinin gündəminə də çıxarılıb və Azərbaycan hökuməti həmin mərhələdə qərarın icrası və kompensasiya ödənilməsi ilə bağlı öhdəlik götürüb. Lakin buna baxmayaraq, mənzil faktiki olaraq hələ də boşaldılmayıb.
Zərərin ödənilməsi tələbi
2025-ci ildə mülkiyyətçi yenidən məhkəməyə müraciət edərək bu dəfə “əldən çıxmış fayda” ilə bağlı iddia qaldırıb. O, qeyd edib ki, sözügedən ərazidə mənzillərin bazar kirayə dəyəri aylıq yüksəkdir və uzun müddət bu gəlirdən məhrum olub.
Məhkəmə işi üzrə qərarda kirayə haqları illər üzrə mərhələli şəkildə hesablanıb. Nəticədə, 2021-ci ilin payızından 2026-cı ilin yanvarınadək olan dövr üçün 33 min 900 manat məbləğində təzminatın ödənilməsi qərara alınıb.
Keçmiş məcburi köçkün ailəsi isə məhkəmədə bildirib ki, hazırda Füzuli rayonuna köçürülmələri üçün real imkan yoxdur və alternativ yaşayış yerləri mövcud deyil. Onlar iddia ediblər ki, mənzildə məskunlaşmaları öz iradələri ilə deyil, dövlət qurumlarının qərarı ilə baş verib və bu səbəbdən maliyyə məsuliyyəti daşımalı deyillər.
Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov NOCOMMENT.az-a bildirib ki, bu iş Azərbaycan hüquq sistemi üçün presedent xarakteri daşıyır və bir neçə fundamental hüququn toqquşmasını açıq şəkildə ortaya qoyur.
Onun sözlərinə görə, mülkiyyət hüququ həm Azərbaycan Konstitusiyası, həm də Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan əsas hüquqlardan biridir və bu hüququn uzun müddət faktiki olaraq icra olunmaması ciddi hüquqi pozuntudur.
Hüquqşünas vurğulayır ki, məhkəmə qərarının illərlə icra edilməməsi artıq təkcə mülki mübahisə deyil, dövlətin pozitiv öhdəliklərinin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilər:
“Keçmiş məcburi köçkünlərin sosial statusu onların toxunulmaz və ya hüquqi məsuliyyətdən azad olması demək deyil. Məcburi köçkünlərin müdafiəsi dövlətin üzərinə düşən sosial öhdəlikdir və bu öhdəlik fərdi mülkiyyətçilərin hesabına icra edilə bilməz. Əgər dövlət vaxtilə köçkün ailəsini konkret mənzilə yerləşdiribsə, həmin ailənin orada qalmasına görə məsuliyyət də dövlətdə qalır. Bu halda mülkiyyətçiyə dəymiş zərərin kompensasiyası ya birbaşa dövlət tərəfindən ödənilməli, ya da ailəyə alternativ yaşayış sahəsi təqdim olunaraq mübahisə aradan qaldırılmalıdır”.
Hüquqşünas əlavə edib ki, məhkəmənin əldən çıxmış fayda ilə bağlı qərarı hüquqi baxımdan əsaslandırılmış görünür, çünki mülkiyyətçi real olaraq əmlakından istifadə edə bilməyib və bu, maddi itkiyə səbəb olub:
“Məhkəmənin kirayə haqlarını illər üzrə mərhələli və bazar reallıqlarına uyğun şəkildə hesablaması da hüquqi baxımdan balanslı yanaşmadır. Bununla belə, qərarın icrası mərhələsində sosial faktorlar nəzərə alınmadan yalnız məcburi köçkün ailəsinin üzərinə maliyyə yükünün qoyulması yeni hüquqi mübahisələrə yol aça bilər”.
Ekspertin fikrincə, bu tip işlər gələcəkdə daha çox aktuallaşacaq, çünki işğaldan azad olunmuş ərazilərə qayıdış prosesi davam etdikcə illərlə müvəqqəti sayılan yaşayış həlləri hüquqi problemə çevrilir:
“Dövlət qurumları bu mərhələdə sistemli yanaşma tətbiq etməli, məhkəmə qərarlarının icrasını təmin etməklə yanaşı, köçkün ailələrinin sosial müdafiəsini də paralel şəkildə həll etməlidir. Əks halda həm mülkiyyət hüququnun pozulması, həm də sosial ədalətsizlik iddiaları artacaq və bu, hüquqi sabitliyə ciddi zərbə vuracaq”.
Digər xəbərlər
Xəbər lenti
12:35
12-01-2026
12-01-2026
12:29
12-01-2026
12-01-2026
12:09
12-01-2026
12-01-2026
11:57
12-01-2026
12-01-2026
11:38
12-01-2026
12-01-2026
11:23
12-01-2026
12-01-2026
11:13
12-01-2026
12-01-2026
11:07
12-01-2026
12-01-2026
10:51
12-01-2026
12-01-2026
10:34
12-01-2026
12-01-2026
10:28
12-01-2026
12-01-2026
09:27
12-01-2026
12-01-2026
09:24
12-01-2026
12-01-2026
09:17
12-01-2026
12-01-2026
09:16
12-01-2026
12-01-2026
09:00
12-01-2026
12-01-2026
14:00
10-01-2026
10-01-2026
13:22
10-01-2026
10-01-2026
13:00
10-01-2026
10-01-2026
12:44
10-01-2026
10-01-2026
12:17
10-01-2026
10-01-2026
12:00
10-01-2026
10-01-2026
11:47
10-01-2026
10-01-2026
11:33
10-01-2026
10-01-2026
09:55
10-01-2026
10-01-2026
09:46
10-01-2026
10-01-2026
09:41
10-01-2026
10-01-2026
Ən çox baxılanlar
Sahibkarlıq
“2026-cı ildə Ev Ticarətindən Sahibkarlığa Uzanan Yeni Biznes Strategiyaları”
09-01-2026 22:11
/
225
“Sahibkarlar Ev Ticarətini Rəqəmsal Marketinq ilə Brend Satışa Çevirir”
09-01-2026 21:48
/
153
“Ev Ticarətində Kiçik Sahibkarlardan Brend Liderliyinə Keçid”
09-01-2026 21:18
/
153
“2026: Ev Ticarətində Sahibkarlar üçün Rəqəmsal Gəlir İnqilabı”
09-01-2026 20:43
/
144
“Sahibkarlıqda Ev Alqı-Satqısı və Premium Ticarət Sinergiyası”
09-01-2026 20:33
/
144
“Kiçik Ev Satıcılarından Regional Brend Sahibkarlığına Yeni Addım”
09-01-2026 20:16
/
135

































