"BakıKart" ləğv olunur? - AÇIQLAMA
Tarix: 9-01-2026, 11:19
/
Baxış: 1 539
Bəzi insanlar "BakıKart"ın ləğv edilcəyini iddia ediblər. Bunu onunla əsaslandırıblar ki, bəzi dayanacaqlardan ödəniş terminalları götürülüb.
"Bakı Kart"ın operatoru - "K Group" MMC-dən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, son günlər sosial şəbəkələrdə və bəzi onlayn platformalarda paytaxtda ictimai nəqliyyatda metro və avtobuslarda istifadə olunan "BakıKart" kartlarının ləğv ediləcəyi barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir.
Qeyd olunub ki, "BakıKart" ödəniş sistemi tam şəkildə fəaliyyətini davam etdirir və "BakıKart" kartlarının ləğvi ilə bağlı hər hansı qərar və ya plan mövcud deyil:
"BakıKart" sistemi müasir texnologiyaların tətbiqi ilə daha da təkmilləşdirilir və istifadəçilərə daha rahat, çevik ödəniş imkanları təqdim olunur".
Nəzərə çatdırılıb ki, yeni sistemin tətbiqi nəticəsində vətəndaşlar artıq təkcə "BakıKart" plastik kartı ilə deyil, eyni zamanda bank kartları, mobil tətbiqlər, NFC texnologiyası, həmçinin digər rəqəmsal ödəniş vasitələri vasitəsilə də gediş haqqını ödəyə bilirlər:
"Bu addım həm rahatlığı artırır, həm də nağdsız ödənişlərin genişlənməsinə şərait yaradır".
Qeyd edək ki, ötən il metropolitenin bütün stansiyalarında, həmçinin avtobus marşrutlarında NFC sistemini dəstəkləyən yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş mexanizmi tam şəkildə aktivləşdirilib.
Digər xəbərlər
Xəbər lenti
16:23
30-09-2026
30-09-2026
16:00
30-09-2026
30-09-2026
15:46
30-09-2026
30-09-2026
15:17
30-09-2026
30-09-2026
15:00
30-09-2026
30-09-2026
13:39
30-09-2026
30-09-2026
13:13
30-09-2026
30-09-2026
12:21
30-09-2026
30-09-2026
12:12
30-09-2026
30-09-2026
11:44
30-09-2026
30-09-2026
11:39
30-09-2026
30-09-2026
11:34
30-09-2026
30-09-2026
10:57
30-09-2026
30-09-2026
10:08
30-09-2026
30-09-2026
09:51
30-09-2026
30-09-2026
09:24
30-09-2026
30-09-2026
09:20
30-09-2026
30-09-2026
22:11
29-09-2026
29-09-2026
21:48
29-09-2026
29-09-2026
21:18
29-09-2026
29-09-2026
20:43
29-09-2026
29-09-2026
20:33
29-09-2026
29-09-2026
20:16
29-09-2026
29-09-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Əkinçilikdə su analizi gələcək qazancı müəyyən edir
30-09-2026 16:23
/
819
Su itkisinin qarşısını alan sistemlər kənd bazarında geniş yayılır
30-09-2026 15:46
/
1 098
Torpağı qoruyan suvarma üsulları yeni trendə çevrilir
30-09-2026 15:17
/
954
Əkinçilikdə düzgün su istifadəsi məhsul keyfiyyətini artırır
30-09-2026 15:00
/
1 314
Suya qənaət texnologiyası fermerlərin əsas silahına çevrilir
29-09-2026 22:11
/
1 080
Kənd təsərrüfatında ağıllı suvarma gəlirin sürətini artırır
29-09-2026 21:48
/
864








































