Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dabaq xəstəliyinə qarşı 9,5 milyon manatlıq peyvəndlər alınacaq

Baxış: 54
Dabaq xəstəliyinə qarşı 9,5 milyon manatlıq peyvəndlər alınacaq


Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün dabaq xəstəliyinə qarşı peyvənd vasitələri alınacaq.
Bununla bağlı Aqrar Xidmətlər Agentliyi “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iki müqavilə imzalayıb. Müqavilələrə əsasən, agentlik dabaq (A, O, SAT-2) xəstəliyinə qarşı peyvənd vasitələrinin alınması üçün şirkətə 3 milyon 452 min 800 manat, dabaq (A, O, Asiya-1, SAT-2) xəstəliyinə qarşı peyvəndlərin alınmasına isə 3 milyon 819 min 900 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, “Epidbiomed” MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Əliyev Məmmədəli Sabir oğludur.
Bununla yanaşı, Aqrar Xidmətlər Agentliyi dabaq (A, O, Asiya-1, SAT-1, SAT-2) və (A, O, SAT-1, SAT-2) xəstəliyinə qarşı peyvəndlərin alınması üçün “Megavet” LLC ilə də müqavilə bağlayıb. Həmin müqaviləyə əsasən, şirkətə 2 milyon 277 min 578,95 manat ödəniləcək.
Qeyd edək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.