Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Əkin sahəsini yandıranlara XƏBƏRDARLIQ: 7000 manat cərimə və həbs

Baxış: 90
Əkin sahəsini yandıranlara XƏBƏRDARLIQ: 7000 manat cərimə və həbs


Əkin sahəsini yandıranlarla bağlı inzibati cəza sərtləşdirilir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə dəyişiklik nəzərdə tutulur:

“244-1.1. Əkin yerinin yandırılmasına görə-fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

244-1.2. maddəsində isə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə, cəza daha da sərtləşdirilməsi nəzərdə tutulur:

Əgər şəxs  bir il ərzində təkrar törədərsə- fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik Milli Məclisin dekabrın 19-da keçiriləcək plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.