Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakıdakı söküntü işləri artıq bu küçələrə keçir

Baxış: 216
Bakıdakı söküntü işləri artıq bu küçələrə keçir


Paytaxtın Yasamal rayonu Mirzə Fətəli Axundov, Mustafa Sübhi və Zərgərpalan küçələrində yerləşən yaşayış evlərinin sökülməsinə start veriləcək.

 BAKU.WS xəbər verir ki, layihə Təzəpir məscidi ətrafında aparılan genişmiqyaslı söküntü işləri yekunlaşdıqdan sonra həyata keçiriləcək. Məlumata görə, ərazi üzrə ilkin qiymətləndirmə və texniki hesablama işləri tamamlanıb.

Artıq məlum olduğu kimi, evləri söküləcək sakinlərə kvadratmetr üçün 2700 manat kompensasiya təklif olunub. Sakinlərlə fərdi danışıqlar aparılıb və köçməyə razılıq verən vətəndaşlarla müqavilələrin bağlanmasına başlanılıb.

Söküntü planı Nizami metrosu istiqamətində olan tikililəri əhatə edəcək. Bu, bölgədə illərdir mövcud olan sıxlıq, infrastruktursuzluq və təhlükəsizlik problemlərini aradan qaldırmaq məqsədi daşıyır.

Layihənin icrasından sonra həmin ərazidə yeni binaların tikilməsi nəzərdə tutulmayıb.

Qeyd edək ki, bundan öncə söküntü işləri Nərimanov rayonunun PY UA 38/10 ünvanında – Dərnəgül bazarının arxasında yerləşən fərdi yaşayış evlərini və Nizami rayonu Qara Qarayev prospekti 36A ünvanında yerləşən istismar müddətini başa vurmuş bir neçə 5 mərtəbəli yaşayış binasını əhatə edirdi. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.