Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Xəzər dənizi ikiyə bölünəcək - Azərbaycanlı alim

Baxış: 180
Xəzər dənizi ikiyə bölünəcək - Azərbaycanlı alim


Son illərdə Xəzər dənizində suyun çəkilməsi çox ciddi narahatlığa səbəb olub.
Xəzər dənizinin suyunun çəkilməsi ilə bağlı AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşları da bədbin proqnozlar verməkdədirlər. 

 Coğrafiya İnstitutunun elmi əməkdaşı Mirnuh İsmayılov Xəzər dənizində çəkilmələrin səbəbini tektonik proseslərlə əlaqələndirir. “Xəzər dənizi aktiv tektonik bölgədə yerləşir. Çünki Qafqaz dağları cavan dağ hesab edildiyindən burada dağ əmələgəlmə prosesi başa çatmayıb. Yəni dağəmələgəlmə prosesi davam etdiyindən də Xəzərin suyunun çəkilmə prosesini müşahidə edirik. Tektonik proseslər isə uzun müddətlidir”, - mütəxəssis qeyd edib.

AMEA əməkdaşı hesab edir ki, tektonik proseslərin nəticəsi olaraq Xəzər dənizinin ikiyə bölünəcək. “Yerində iki göl qalacaq. Biri şimal hissədə Dərbənd çökəkliyində, digəri isə cənubda Lənkəran çökəkliyində. Bir daha qeyd edirəm ki, bu uzun zamandan sonra baş verəcək”, - İsmayılov qeyd edib.

Coğrafiya İnstitutunun digər əməkdaşı Elnur Cəfərov isə hesab edir ki, müəyyən zamandan sonra Xəzər dənizində suyun səviyyəsinin enməsi nəticəsində su sahildən 30 km-dək çəkiləcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.