Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qurban Qurbanov şəhid övladları ilə - Foto

Baxış: 225
Qurban Qurbanov şəhid övladları ilə - Foto


Bu gün keçirilən “Qarabağ” – “Neftçi” qarşılaşması bir çox məqamlarla yadda qalıb.

Peşəkar Futbol Liqasının (PFL) təşəbbüsü ilə planlamalara əsasən, matç 44 günlük Vətən müharibəsinin şərəfinə 18:44-də start götürüb.

 Topa rəmzi toxunuşu “Neftçi” azarkeşi, şəhid mayor Rüfət Əsgərovun oğlu Xansuvar Əsgərli edib. Oyunun 42-ci dəqiqəsində isə şəhid Xudayar Yusifzadənin Vətən müharibəsi zamanı oxuduğu “Xudayar təsnifi” stadionda səsləndirilib. Bu zaman arenada Xudayar Yusifzadənin anası və yaxınları, eləcə də “Qarabağ” azarkeşi, şəhid Məhəmmədəli İbrahimlinin atası və yaxınlarının olduğu bildirilib. Tamaşaçılar onları ayaqüstə alqışlayıblar. 44-cü dəqiqədə də ilk dəfə olaraq “Qarabağ” və “Neftçi” azarkeşləri birlik nümayiş etdiriblər. Tərəflərdən biri “Şəhidlər ölməz” səsləndirdiyi zaman digər tərəf “Vətən bölünməz” qışqırıb.
Ən maraqlı məqamlardan biri isə oyunun başlamasına az qalmış yaşanıb. Planlamaya əsasən, futbolçular və hakimlər meydana şəhid övladları ilə çıxıblar. Hazırlıq zamanı onların yanından keçən Qurban Qurbanov şəhid övladlarını salamlayıb və onlarla şəkil çəkdirib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.