Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Efiopiya–Azərbaycan Biznes Forumu: tarixlər rəsmən bəlli oldu!

Baxış: 900

23–29 noyabr 2025 tarixlərində Addis-Ababada keçiriləcək Efiopiya–Azərbaycan Biznes Forumunun tarixi artıq müəyyənləşib. Forum Africa–Azerbaijan Cooperation (AFAZ) tərəfindən təşkil olunur və iki ölkə arasında iqtisadi, ticarət və investisiya əlaqələrinin gücləndirilməsini hədəfləyir.
Tədbir MÜSİAD Efiopiya, Addis Chamber of Commerce and Sectoral Associations, eləcə də digər Afrika və Azərbaycan ticarət palataları və assosiasiyalarının tərəfdaşlığı ilə keçiriləcək.
Forumun məqsədi — Afrika qitəsində Azərbaycan sahibkarları üçün yeni bazar imkanlarının yaradılması, birbaşa biznes əlaqələrinin qurulması və Efiopiyada investisiya mühitinin daha yaxından tanıdılmasıdır.

Forumun əsas istiqamətləri və proqramı:

Azərbaycan Respublikasının Efiopiyadakı səfirliyinə rəsmi ziyarət
 Forum çərçivəsində nümayəndə heyəti Azərbaycanın Efiopiyadakı səfirliyinə baş çəkəcək və iki ölkə arasında iqtisadi və diplomatik əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcək.
ASAN Xidmət modeli əsasında yaradılmış MESOB Xidmət Mərkəzinə və MÜSİAD Efiopiya nümayəndəliyinə ziyarət
 Efiopiyada tətbiq olunan ASAN Xidmət modelinin uğurlu nümunəsi ilə tanışlıq və MÜSİAD nümayəndələri ilə görüşlər planlaşdırılır.
Efiopiya- Azərbaycan Biznes Forumunun təşkili
 İki ölkə sahibkarlarının iştirakı ilə keçiriləcək forumda qarşılıqlı investisiya, ixrac və ticarət imkanları təqdim olunacaq, yeni əməkdaşlıq müqavilələri və memorandumların imzalanması nəzərdə tutulur.
B2B və B2G formatında biznes görüşləri
 Azərbaycan və Efiopiya şirkətləri arasında birbaşa əlaqələrin qurulması, yeni tərəfdaşlıqların və birgə layihələrin təşviqi məqsədi daşıyır.
Sənaye parklarına və istehsal müəssisələrinə ziyarətlər
 Efiopiyanın sənaye infrastrukturu, istehsal potensialı və ixrac imkanları ilə yerində tanışlıq təşkil olunacaq.
Addis-Ababa şəhər turu və mədəni proqram
 Forum iştirakçıları Efiopiyanın paytaxtının mədəni, tarixi və turizm məkanlarını ziyarət edəcəklər.
Bu səfər tam şəkildə təhlükəsizlik və rahatlıq təminatı ilə həyata keçiriləcək və iştirakçılar üçün maksimum şərait yaradılacaq. Forum həmçinin Azərbaycan iş adamlarının Afrika qitəsinə təşkil olunan ilk rəsmi biznes missiyası kimi tarixi əhəmiyyət daşıyır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.