Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gələn il pensiya kapitalı nə qədər artırılacaq?

Baxış: 177
Gələn il pensiya kapitalı nə qədər artırılacaq?


“Əmək pensiyaları haqqında” Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşların pensiya kapitalı da 2026-cı ildə indeksləşdirilərək artırılacaq”.

“Bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında şərh verib.

“Həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Yəni pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq”, - parlamentari bildirib.

Pensiya kapitalının nə qədər artırılacağına gəldikdə, deputat Mərkəzi Bankın 2025-ci il üçün inflyasiya proqnozuna yenidən düzəliş etdiyini diqqətə çatdırıb:

“Mərkəzi Bankda bu il Azərbaycanda qiymətlərin 6.0 faiz artdığını proqnozlaşdırırlar. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu ilin ilk 9 ayında istehlak qiymətləri indeksi 5.7 faiz olub. Bu o deməkdir ki, mövcud qanuna əsasən, Mərkəzi Bankın proqnozunda kənarlaşma olmazsa, vətəndaşların pensiya kapitalı təxminən 6.0 faiz artırılacaq.

Yəni, bu halda vətəndaşın 50 min manat pensiya kapitalı varsa, onun vəsaiti gələn il təxminən 3 min manat artırılacaq. Təbii ki, daha konkret rəqəm yanvar ayında elan olunacaq. Bu artım vətəndaşların daha çox pensiya alması və kapitalın inflyasiyadan qorunması baxımından vacibdir”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.