Xankəndi, Xocalı, Ağdərədə qismən yararlı evlər müəyyən edilib
Tarix: 19-09-2025, 12:37
/
Baxış: 1 000
Qarabağa köç planına əsasən, 19 yaşayış məntəqəsinə, o cümlədən, Xankəndi, Xocalı, Ağdərəyə əhalinin köçü ilə bağlı təmir-bərpa işlərinin aparılması məqsədilə qismən yararlı evlər müəyyən edilib.
Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyi məlumat yayıb.
Belə ki, bu sırada Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi, Xocalı rayonunun 11 kəndi (Ballıca, Xanyurdu, Təzəbinə, Daşbulaq, Badara, Seyidbəyli, Xanabad, Şuşakənd, Almalı, Çanaqçı və Mehdibəyli) və Ağdərə rayonunun 7 kəndi (Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı, Aşağı Oratağ və Çapar) var.
Belə ki, ölkə başçısının iştirakı ilə Xocalı rayonunun Ballıca kəndində işlər başa çatdırılmış 200 ailə (912 nəfər), Xanyurdu kəndində 69 ailə (237 nəfər), Təzəbinə kəndinə 28 ailə (125 nəfər), Badara kəndində 14 ailə (56 nəfər), Daşbulaq kəndində 13 ailə (67 nəfər), Seyidbəyli kəndində 9 ailə (30 nəfər), Şuşakənd kəndinə 15 ailə (59 nəfər), Ağdərə rayonunun Həsənriz kəndində 159 ailə (566 nəfər), Vəngli kəndinə 51 ailə (188 nəfər) və Kolatağ kəndinə 26 ailənin (89 nəfər) köçü baş tutub.
Qeyd olunan kəndlərdə fərdi evlərin bərpası ilə yanaşı, yaşıllıq zonalarının, o cümlədən əhalinin istirahəti üçün nəzərdə tutulmuş parkların salınması, dekorativ bitkilərin əkilməsi, küçələrin abadlaşdırılması, kənddaxili yolların təmiri və asfalt örtüyünün yenilənməsi, küçələrin işıqlandırılması, eləcə də müvafiq infrastrukturun yaradılması ilə bağlı aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi kimi tədbirlər həyata keçirilir.
Ağdərə rayonunun Suqovuşan kəndində inşası başa çatdırılmış 5 ədəd 5 mərtəbəli yaşayış binasına 2025-ci ilin mart-aprel aylarında ümumilikdə 180 ailə (592 nəfər), Xocalı şəhəri üzrə isə 86 ailə (346 nəfər) məskunlaşıb. Ağdərə rayonunun Talış kəndində 20 ailə (90 nəfər) məskunlaşdırılıb.
Digər xəbərlər
Xəbər lenti
22:11
07-09-2026
07-09-2026
21:48
07-09-2026
07-09-2026
21:18
07-09-2026
07-09-2026
20:43
07-09-2026
07-09-2026
20:33
07-09-2026
07-09-2026
20:16
07-09-2026
07-09-2026
19:44
07-09-2026
07-09-2026
19:34
07-09-2026
07-09-2026
19:14
07-09-2026
07-09-2026
18:51
07-09-2026
07-09-2026
18:21
07-09-2026
07-09-2026
17:49
07-09-2026
07-09-2026
17:33
07-09-2026
07-09-2026
17:17
07-09-2026
07-09-2026
16:23
07-09-2026
07-09-2026
15:46
07-09-2026
07-09-2026
15:30
07-09-2026
07-09-2026
15:17
07-09-2026
07-09-2026
15:00
07-09-2026
07-09-2026
14:37
07-09-2026
07-09-2026
14:33
07-09-2026
07-09-2026
14:29
07-09-2026
07-09-2026
13:39
07-09-2026
07-09-2026
10:49
07-09-2026
07-09-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Torpağın Məhsuldarlığı Düzgün Aqrar Yanaşma ilə Artır
07-09-2026 22:11
/
135
Suvarma Kanallarının Səmərəli İdarəsi Əkinçiyə Yeni İmkanlar Açır
07-09-2026 21:48
/
144
Fermerin Torpağa Verdiyi Dəyər Süfrələrə Bolluq Gətirir
07-09-2026 21:18
/
171
Əkin Sahələrində Görülən İşlər Gələcək Bolluğun Təməlini Qoyur
07-09-2026 20:43
/
180
Müasir Suvarma Üsulları Daha Az Su ilə Daha Çox Məhsul Vəd Edir
07-09-2026 20:33
/
153
Torpağın Hər Qarışı İqtisadi Dəyərə Çevrilə Bilər
07-09-2026 20:16
/
144








































