Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qaz və elektriklə bağlı aylıq sabit tariflər 1 manatı aşmayacaq - YENİLƏNİB

Baxış: 142
Qaz və elektriklə bağlı aylıq sabit tariflər 1 manatı aşmayacaq - YENİLƏNİB


Azərbaycanda qaz və elektriklə bağlı aylıq sabit tariflər 1 manatı aşmayacaq.

APA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Qaz təchizatı haqqında” yeni qanun layihəsi və “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı energetika nazirinin müavini Orxan Zeynallı deyib ki, sabit tarifinin tətbiqində əsas məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətli bölünməsidir.

Nazir müavini qeyd edib ki, bu, tariflərin artırılması hesabına deyil, mövcud istehlak tarifinə çəkilən xərclərin xarakterinə uyğun olaraq strukturlaşdırılması hesabına olacaq: “Eyni zamanda, bu yenilik “Elektroenergetika haqqında” qanun layihəsində təsbit olunub. Sabit tarifin tətbiqi hər ay elektrik enerjisi haqqını ödəyən istehlakçılar üçün tarif yükünün cüzi də olsa azaldılması üçün müəyyən iqtisadi zəmin yaradacaq. Sabit tarifinin maliyyə tutumu məsələsinə gəlincə, hesablamalarımıza görə, bu məqsəd üçün nəzərə alınan faktiki xərclərin həcmi ümumi xərclərin həcminin 2 %-dən aşağı hesablanıb. Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq”.

***

Qazla əlaqədar sabit tarifin tətbiqində əsas məqsəd xidmətin keyfiyyətinin artırılmasıdır.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Qaz təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı energetika nazirinin müavini Orxan Zeynallı deyib.
O bildirib ki, aylıq sabit tarif hər bir abonent üçün 1 manatı aşmayacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.