Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

General-mayor rütbəsi verilən hərbçilər kimdir? - Foto

Baxış: 221
General-mayor rütbəsi verilən hərbçilər kimdir? - Foto


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib.

“Qafqazinfo” məlumata görə, ali hərbi rütbə verilən polkovniklərdən İdris Məhərrəmov Azərbaycan Ordusunun korpuslarından birində korpus komandirinin müavini-qərargah rəisidir.

General-mayor rütbəsi verilən digər hərbçi Elgün Əliyev Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisidir.

Elnur Kazımov isə Müdafiə Nazirliyinin Katibliyinin rəisidir. O, əvvəllər Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışıb. Elnur Kazımov ədliyyə general-mayoru, 2022-ci ilədək hərbi prokurorun müavini olmuş Rasim Kazımovun qardaşıdır.

Rütbəsi artırılan digər zabit Vasif Xəlilov isə Müdafiə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisidir.

Fotoda: İdris Məhərrəmov



Fotoda: Elgün Əliyev


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.