Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Yol polisi məzunlara və valideynlərə xəbərdarlıq etdi

Baxış: 171
Yol polisi məzunlara və valideynlərə xəbərdarlıq etdi


Bu gün ümumtəhsil müəssisələrində keçirilən “Son zəng” tədbirləri ilə əlaqədar yol polisi əməkdaşları ölkə üzrə gücləndirilmiş iş rejimdə xidmət aparır, hərəkət iştirakçılarının təhlükəsizliyinə ciddi nəzarət olunur.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, əvvəlki illərin təcrübəsinə görə, təəssüf ki, bəzən məzunlar ailə üzvlərinə məxsus avtomobillərin sükanı arxasına keçərək həm özləri, həm də digərləri üçün təhlükə yaradır. Belə hallar yalnız qanun pozuntusu deyil, eyni zamanda həyat və sağlamlıq üçün ciddi riskdir

“Bu xüsusda valideynlərə və məzunlara bir daha xatırladırıq: Nəqliyyat vasitələrinin sürücülük hüququna malik şəxslər tərəfindən idarə olunması qanunvericiliyin tələbidir və bu qaydaya əməl edilməsi hər bir kəsin həm hüquqi, həm də mənəvi məsuliyyətidir.

Baş Dövlət Yol Polisi İdarəsi “Son zəng” tədbirləri ilə bağlı bir daha xəbərdarlıq edir:

- Sürücülük hüququ olmayan şəxsin nəqliyyat vasitəsi idarə etməsi inzibati məsuliyyət yaradır;

- Belə hallara şərait yaratmaq yolverilməz və məsuliyyətsiz davranışdır;

- Səs-küylü, təhlükəli, cəmiyyətə qarşı açıq hörmətsizlik ifadə edən hərəkətlərə qarşı nəzarət daha da gücləndiriləcək”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.