Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

AZAL-da qiymətlərinin baha olmasına aydınlıq gətirirdi -" AZAL-a yanacaqda heç bir güzəşt yoxdur"

Baxış: 411

"Vaxtilə AZAL-a yanacaq qiymətində güzəşt edilirdisə, indi yanacaq dünya qiyməti ilə alınır. AZAL-a heç bir güzəşt yoxdur".

AZAL-da qiymətlərinin baha olmasına aydınlıq gətirirdi -" AZAL-a yanacaqda heç bir güzəşt yoxdur"

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətində (AZAL) uçuş qiymətlərinin baha olmasına aydınlıq gətirilib
Milli Məclisn İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin iclasında "Aviasiya haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov bildirib ki, hamını maraqlandıran AZAL-da qiymət məsələdir.

Onun sözlərinə görə, aviasiya sahəsində qiymətlər dəyişkəndir, hətta eyni gündə, eyni yerə olan uçuşlarda, eyni sinifdə bəzi qiymətlər iki dəfəyə yaxın dəyişir. Ölçü vahidi olaraq aviasiya sahəsində bir kreslonun uçuş qiyməti mil olaraq nəzərə alınır:
“Qiymətlərə təsir edən birinci amil yanacaq məsələsidir. Vaxtilə AZAL-a yanacaq qiymətində güzəşt edilirdisə, indi yanacaq dünya qiyməti ilə alınır. AZAL-a heç bair güzəşt yoxdur. Qiymətlərə təsir edən digər amil təyyarənin alınması və saxlanması xərcləridir. Üçüncü isə işçilər, pilot, xidmət təsir edir. Kabin hazırlığı ciddi standartlar ilə müəyyən olunur ” – deyə nazir müavini vurğulayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.