Bunu "Sahibkartv.az"a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, qardaş ölkənin liderinin iş qrafikinin sıx olmasına baxmayaraq, Zəngilan Beynəlxalq Hava Limanının da açılışında iştirak etməsi mühüm əhəmiyyət daşıyır. Türkiyə Prezidentinin səfərini çox uğurlu bir səfər hesab edən deputat vurğulayıb ki, bütün bunlar həm Türkiyə dövlətinin, həm də Türkiyə xalqının birmənalı şəkildə Azərbaycanın yanında olduğunu göstərir.

"30 il ərzində keçirilməyən təlimlərin indi keçirilməsinə səbəb nədir? Hətta iddialar da var ki, sentyabrın 12-13-də ermənilər tərəfindən törədilən təxribatlarda da İranın əli var və Ermənistana müəyyən yardımlar edib. Bu baxımdan görüş zamanı verilən mesajlar, Şuşa Bəyannaməsinin xatırladılması aydın mesaj idi. Hansı ki, iki qardaş ölkə bir-birlərinin təhlükəsizliklərinə bu bəyannamə ilə təminatçı olublar. Türkiyənin Azərbaycanın yanında olması, xüsusilə cənab Ərdoğanın cənab Əliyevlə çox isti münasibəti bir sıra dövlətlərdə narahatlıq yaradır. Bu dövlətlər Türkiyə ilə Azərbaycanın güclənməsini özləri üçün problem hesab edir".
