Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakının Nizami rayonunda uzunluğu 500 metr olan küçə təmir edilir

Baxış: 352



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nizami rayonunun Qara Qarayev prospektinə paralel 2-ci dərəcəli küçənin Bəhruz Nuriyev küçəsindən Babək küçəsinə qədər olan hissəsini əsaslı təmir edir.
“Sahibkartv.az” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, təmir olunan bu hissənin uzunluğu 500 metr, eni ortalama 16 metrdir. Təmir işləri çərçivəsində deformasiyaya uğramış asfalt-beton örtüyü frezlənib, zəruri olan yerlərdə piyada səkilərinin bərpa olunub, köhnə səki daşları yenilənib. Küçəboyu mövcud piyada səkiləri 1 200 kvadratmetr sahədə bərpa olunub, 480 p/m yeni səki daşları düzülüb. Hazırda əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla aparılır.
Sonda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq.
2022-ci ildə Nizami rayonu üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6,25 kilometr təşkil edən 9 küçə təmir edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.