Hər il olduğu kimi, bu il də vahid məktəbli forması məsələsi gündəmi zəbt edib.
Bu formanın tikilməsi ilə məşğul olan "Bakı Tikiş Evi" ASC-nin qarşısında hər gün izdiham yaşanır. Səhmdar cəmiyyəti izdihamı azaltmaq, valideynlərin formaları rahat əldə etməsi üçün məhsullarının bir qisminin satışını supermarketlərdə həyata keçirsə də, forma ilə bağlı narazılıq var və bunu sosial şəbəkələrdən də hiss etmək mümkündür. Bəs Azərbaycanda məktəbli formalarını niyə ancaq bir fabrik tikir? Bu işlə digər tekstil müəssisələri niyə məşğul olmur? "Sahibkartv.az" bu məsələni araşdırmağa çalışıb.
"Nazirlik formanı haradan almaq məsələsinə qarışmır"
Azərbaycanda məktəbli formaları ilə bağlı problemdən təhsil naziri Emin Əmrullayev məlumatlıdır. Nazir bu gün jurnalistlərə açıqlamasında bildirib ki, rəhbərlik etdiyi qurum yalnız formaların nümunəvi qaydada olmasına nəzarət edir, onu haradan almaq məsələsinə qarışmır: "Təbii ki, burada məcburiyyət yoxdur, məktəb kollektivi və təhsil ocağının qərarı olmalıdır. Əgər məktəbli formaları ilə bağlı məcburiyyət halı olsa, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, eləcə də regional təhsil idarələrinə müraciət edilsin. Məsələyə baxıla və ölçü götürülə bilər".
"İnhisarçılığa təcili son qoyulmalıdır"
İqtisadçı-ekspert Rəşad Həsənov isə deyir ki, "Bakı Tikiş Evi" bütün məktəbliləri vahid forma ilə təmin etmək üçün bir neçə ay öncədən işə başlamalı idi, amma bu, mümkün olmayıb: "Çünki gözlənilmədən məktəbli formasının dizaynının dəyişdirilməsinə qərar verilib və fabrik istehsala bu günlərdə başlamalı olub. Buna görə də, təchizatda çətinliklərin yaranması təbiidir. Düşünürəm ki, bu məsələdə inhisarçılığa təcili son qoyulmalı, digər oyunçuların da bu bazara daxil olmasına şərait yaradılmalıdır. Söhbət 1 milyondan çox şagirdin forma ilə təchiz edilməsindən gedir və bir fabrik bunu qısa müddətdə edə bilməz. Məktəbli formalarının tililməsi ilə yalnız "Bakı Tikiş Fabriki"nin məşğul olması həm də bazara keyfiyyətsiz formaların çıxmasına şərait yaradır".
"Məktəbli formalarının ehtiyatı yaradılmalıdır"
Onun sözlərinə görə, gələcəkdə digər məhsullar kimi məktəbli formalarının da ehtiyatı yaradılmalıdır ki, bazarda çatışmazlıq olmasın: "Bunun üçün isə formaların tikilməsi hansısa formada təşviq edilməlidir. Bu sahəyə xüsusi güzəştlər də verilə, sahibkarlığın dəstəklənməsi ilə bağlı tədbirlər çərçivəsində ehtiyatlar yaradıla bilər. O cümlədən fabriklərin 5-6 ay əvvəlcədən təsdiq edilmiş standartlara uyğun məhsullar istehsal etməsi, avqust-sentyabr aylarında bazara təklif etməsi üçün dövlət dəstəyinə ehtiyac var”.
"Bakı Tikiş Evi" inhisarçı olmadığını deyir
"Bakı Tikiş Evi"nin satış üzrə müdiri Etibar Əzimov isə deyir ki, əksər valideynlər forma almaq üçün onlara üz tutur, amma bu, o demək deyil ki, fabrik bazarda inhisar yaradıb: "Bu azad bazardır, istənilən şəxs məhsullarını bazara çıxara bilər. Məktəbli formalarının dizaynı ilə bağlı qərar gec qəbul olunduğu üçün yeni tədris ilinə iki ay qalmış istehsala başladıq. Hazırda bütün Bakı bizə müraciət edir. Biz də var gücümüzlə formaları tikməyə çalışırıq. Gün ərzində 1 000-1 500 uşaq üçün forma hazır edirik. Bizimlə heç kim müqavilə bağlamayıb, heç kim plan qoymayıb, heç kim sifariş verməyib. Biz öz təşəbbüsümüzlə tikirik. Parçanı başqa ölkədən böyük çətinliklərlə parçanı gətiririk. Bankdan kredit alırıq, tikib veririk. Biz adətən ordunun və polisin formalarını tikirik. Hazırda isə çalışırıq ki, uşaqların formalarını çatdıraq. Bəyan edilib ki, 1-4-cü siniflərin uşaqları formanı geyinməlidir. Bütün direktorlar da valideynləri göndərirlər ki, alsınlar".
"Sifariş olanda biz də tikirik"
“Bakı Tekstil Fabriki” MMC-nin rəhbəri Səkinə Babeyeva isə deyir ki, onlar məktəbliləri forma ilə təchiz etməyə hazırdırlar, amma bunun üçün sifariş olmalıdır: "Biz uzun illərdir ki, bu işlə məşğul oluruq, sifariş olanda biz də məktəbli forması tikirik. Valideynlər bizə müraciət edə bilər. Sadəcə onlar tələsir, həm də məktəbli formaları ilə bağlı ölkədə yalnız bir müəssisə ad çıxarıb, sanki bu fabrikə yönləndirmə həyata keçirilir. Halbuki, bazarda biz və bizdən başqa da istehsaçılar var".
Almaniyada Fərdi Sahibkarlar Üçün Vergi Yüngülləşdirmələri Tətbiq Ediləcək
22:11 / 21-02-2025
ABŞ-da Rəqəmsal Əmlak Sənədləri Blockchain Üzərindən Qeydiyyata Alınacaq
21:42 / 21-02-2025
BƏƏ-də Dikey Fermerlik Genişlənir
21:33 / 21-02-2025
İtaliyada Zeytun Yağı İstehsalında Yeni Fermentasiya Metodu Tətbiq Edilir
21:23 / 21-02-2025
Norveçdə Balıqçılıq Sənayesi Süni Zəka ilə Təkmilləşdirilir
20:32 / 21-02-2025
Fransa Daşınmaz Əmlak Sektorunda Yaşıl Binalara Daha Çox İnvestisiya Yatırır
20:18 / 21-02-2025
Avstraliyada Fermerlər Dronlarla Məhsul Mühafizəsini Təkmilləşdirir
19:49 / 21-02-2025
Hollandiya Dünyanın İlk Tam Avtomatlaşdırılmış Süd Fermasını Açıb
19:31 / 21-02-2025
Kanadada Süni Ət İstehsalı Üçün Yeni Biotexnologiya Fabriki Açılır
19:19 / 21-02-2025
Çində Yeni Tipli Ekoloji Marketlər Açılmağa Başlayır
18:51 / 21-02-2025
İspaniyada Dəniz Suyu ilə Suvarma Texnologiyası İstifadəyə Verilib
18:30 / 21-02-2025
İsveçdə Təsərrüfat Sahələri Üçün Smart İqlim İdarəetmə Sistemləri Yaradılır
18:21 / 21-02-2025
Yaponiyada Pilotsuz Kombaynlar Kənd Təsərrüfatında İnqilab Yaradır
17:39 / 21-02-2025
Argentinada Fındıq İstehsalı Üçün Yeni Genetik Növlər Sınaqdan Keçirilir
17:30 / 21-02-2025
Hindistanda Ekoloji Təmiz Süd Məhsullarına Maraq Artır
17:13 / 21-02-2025
Meksikada Kaktusdan Dəri Hazırlayan Startap Beynəlxalq Bazara Çıxır
16:44 / 21-02-2025
Rusiyada Aqrotexnologiya Sahəsində Yeni Sərmayələr Yatırılır
16:15 / 21-02-2025
Rubio: Tramp dövründə İran nüvə silahına malik olmayacaq
16:00 / 21-02-2025
Almaniya Bioloji Gübrələrə Keçid Edir
15:46 / 21-02-2025
Hava bu tarixdə düzələcək - RƏSMİ
15:30 / 21-02-2025
Cənubi Koreyada Gələcəyin Smart Fermer Təsərrüfatları Tikilir
15:00 / 21-02-2025
Putinin aqressiv davranışlarının səbəbkarı Tramp deyil - ŞƏRH
14:22 / 21-02-2025
Evdən çıxmasanız, yaxşıdır! - Hava daha da pisləşəcək
13:48 / 21-02-2025
Azərbaycanda yeni qurum yaradıldı
13:43 / 21-02-2025
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək
13:09 / 21-02-2025
Lerikdə İrandan gətirilən 10 kq narkotik aşkarlandı
12:48 / 21-02-2025
AYNA: Avtobusların hərəkətində gecikmələr var
12:33 / 21-02-2025
Pezeşkiandan Trampa Azərbaycanca mesaj: “Tülkü kölgəsində yatma...”
12:21 / 21-02-2025
Yol polisi hava şəraiti ilə bağlı piyadalara müraciət edib
12:04 / 21-02-2025
Azərbaycan Prezidenti Hulusi Akarı qəbul edib
11:59 / 21-02-2025
Hazırda respublikanın avtomobil yollarında vəziyyət necədir?
10:42 / 21-02-2025
Azərbaycanda məktəbli formalarını niyə ancaq bir fabrik tikir?
Bölməyə aid digər xəbərlər
Azərbaycanda yeni tədris ilinin başlamasına sayılı günlər qalıb.
Tarix: 7-09-2022, 18:52 Oxunub: 186
Bölməyə aid digər xəbərlər
5-09-2022, 10:06
Rüstəm Nağıyev: “Goranboy rayonunda indiyə qədər heç zaman sahibkarlığın inkişafı üçün bu gün olduğu qədər əlverişli şərait mövcud olmayıb”
22-08-2022, 20:39
İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər - YENİLƏNİB-2
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
25-05-2022, 20:38
Əhali aldığı mənzilə görə ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
6-11-2021, 12:08
"Biz istəyirik ki, Azərbaycan xaricdən bal idxalını dayandırsın"
11-09-2021, 23:14
Yeni dərs ilinə hazırlıq davam edir
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
1-12-2020, 12:30
Azərbaycanda sahibkarlıq sürətlə inkişaf edir
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI