Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Ordusunun hərbi qulluqçularının təminatına dair təkliflər hazırlanıb

Baxış: 294
Azərbaycan Ordusunun hərbi qulluqçularının xidmət şəraiti, ərazi relyefi və iqlim şəraitinə müvafiq olaraq təminat məsələlərinə dair təkliflər hazırlanıb.
"Sahibkartv.az" xəbər verir ki, bu barədə avqustun 29-da Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin iştirakı ilə keçirilən toplantıda qeyd olunub.
Bildirilib ki, qardaş Türkiyənin və digər qabaqcıl ölkələrin təcrübələrindən istifadə olunmaq şərtilə hazırlanan təkliflərə əsasən bütün qoşun növləri üzrə silahlanmaya yeni qəbul edilən texnika və avadanlıqların, eləcə də texniki vəsaitlərin daha da səmərəli istifadəsi nəzərdə tutulur. Eyni zamanda hərbi qulluqçuların ümumqoşun quru ərzaq payı normasının tərkibi zənginləşdirilir.
Vurğulanıb ki, yeni təkliflərin əsas məqsədi şəxsi heyətin bütün növ təminatını daha da yaxşılaşdırmaqdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.