Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mehriban Əliyeva İslamiadada medal qazanan idmançıları təbrik edib

Baxış: 319
Mehriban Əliyeva
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqramsəhifəsində Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında medal qazanan idmançılarımızı təbrik edib.
"Sahibkartv.az" xəbər verir ki, Birinci vitse-prezidentin bununla bağlı paylaşımında deyilir: “Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada başa vurublar. Bunlardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürünc medaldır. İdmançılarımızı səmimi-qəlbdən təbrik edirəm! Siz yarışlarda mükəmməl çıxış etdiniz, möhkəm iradə və məharət nümayiş etdirərək inamlı qələbə qazandınız! Gərgin əməyinizə, Azərbaycan azarkeşlərinə bəxş etdiyiniz sevincə görə çox sağ olun! Sizə möhkəm cansağlığı, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.