Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sahibkarlığın İnkişafı Fondunda böyük zərər!

Baxış: 307
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 2020-ci ili 32 milyon 229 min manat xalis zərərlə başa vurub. Halbuki, Fond 2019-ci ildən 2 milyon 328 min manat xalis mənfəətlə çıxmışdı. Zərər xüsusi ehtiyatlara ayırmalardan qaynaqlanır, bu da kredit itkisi riskinin artdığına işarədir. 
Bu barədə qurumun maliyyə hesabatından məlum olur.
Son nəticədə SİF-in yığılmış zərəri 20% artaraq 193 milyon 469 min manata çatıb.
Ötən il Fondun əməliyyat gəlirləri 10 milyon 106 min manat (əvvəlki ilə nisbətən 15,6 % çox), xərcləri 5 milyon 12 min manat (24,4% çox), xüsusi ehtiyatlara ayırmaları 37 milyon 102 min manat (30,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 221 min manat (2,6 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə SİF-in aktivləri 868 milyon 137 min manat olub ki, bu da illik müqayisədə 1,9% çoxdur. Hesabat dövründə Fondun balans kapitalı isə 3,9% azalaraq 818 milyon 607 min manata düşüb.
Xatırladaq ki, SİF ölkə prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 007,307 milyon manatdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.