Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub -Fotolar

Baxış: 106
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub -Fotolar


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Buzovna” fizioterapiya, “Bilgəh” kardioloji və “Abşeron” mədə-bağırsaq təyinatlı sağlamlıq mərkəzinə baxış keçirilib.

aia.az xəbər verir ki, Səhiyyə naziri Teymur Musayevin də iştirak etdiyi tədbirdə məlumat verilib ki, Konfederasiya tərəfindən sağlamlıq və istirahət mərkəzlərində müasir və rahat şərait yaradılır. “Buzovna”, “Bilgəh” və “Abşeron” sağlamlıq mərkəzlərində də şərait yaxşılaşdırılıb, ən müasir tibbi avadanlıqlarla təchiz edilib.

Mərkəzlərdə tibbi laboratoriyalar, müalicə və istirahət sahələri, tibbi xidmətlərin təşkili, istifadə edilən müasir avadanlıqlar və reabilitasiya prosedurları ilə tanışlıq olub. Vurğulanıb ki, mərkəzlərdə müalicə və reabilitasiya üçün müasir tibbi texnologiyalar tətbiq edilir.

Qeyd edilib ki, yollayışların verilməsi e-ahik elektron rezervasiya sistemi vasitəsilə həyata keçirilir. Sistem insan təması olmadan, sürətli və şəffaf şəkildə müraciət və qeydiyyat imkanı yaradır ki, bu da xidmətlərin əlçatanlığını və vətəndaş məmnuniyyətini əhəmiyyətli dərəcədə artırır.

Səhiyyə naziri Teymur Musayev Konfederasiyanın sağlamlıq mərkəzlərində yaradılmış şəraiti, müasir tibbi avadanlıqlarla təchizatı, tibbi heyətin peşəkarlığını və göstərilən xidmətlərin keyfiyyətini yüksək dəyərləndirib. Nazir həmçinin kadr hazırlığı və birgə layihələrin icrası istiqamətində Konfederasiya ilə əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.