Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında təlim keçirilib -Fotolar

Baxış: 166
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında təlim keçirilib -Fotolar


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasının İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində “Həmkarlar İttifaqları və əmək qanunvericiliyi: əsas istiqamətləri, problemləri, perspektivləri” mövzusunda təlim proqramı başa çatıb.

7-11 aprel 2025-ci il tarixlərində təşkil edilən təlimlərin məqsədi həmkarlar ittifaqı üzvlərinin əmək qanunvericiliyi, idarəetmə prinsipləri və əmək münasibətlərinin tənzimlənməsi sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
İştirakçılar Əmək Məcəlləsi, əmək hüquqları, əmək müqavilələrinin bağlanması və rəsmiləşdirilməsi qaydaları, eləcə  də bu sahədə həmkarlar ittifaqlarının rolu ilə bağlı ətraflı məlumatlandırılıblar.

Təlimlər iştirakçıların peşəkarlıq səviyyəsinin yüksəlməsinə, bilik və bacarıqlarının artırılmasına, eləcə də əmək münasibətlərinin tənzimlənməsi sahəsində effektiv yanaşmaların tətbiqinə və həmkarlar ittifaqlarının fəaliyyətinin səmərəli təşkilinə töhfə verəcəkdir.

Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.