Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında təlim mərkəzi fəaliyyətə başlayıb -Fotolar

Baxış: 154
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında təlim mərkəzi fəaliyyətə başlayıb -Fotolar


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) İxtisasartırma və Kadrların İnkişafı Mərkəzinin açılışı olub.
Bununla əlaqədar keçirilən tədbirdə AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev Mərkəzin həmkarlar ittifaqları üzvlərinin bilik və bacarıqlarının artırılması, keyfiyyətli təlim xidmətlərinin həyata keçirilməsi və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı məqsədilə yaradıldığını bildirib, Mərkəzdə yaradılmış şərait barədə məlumat verib.

AHİK-in Aparat rəhbəri Həsən Cəfərov isə Mərkəzin müasir tələblərə cavab verdiyini, səmərəli fəaliyyətinin kadrların ixtisas və hazırlıq səviyyəsinin artırılmasında, yeni layihələrin hazırlanmasında əhəmiyyətini vurğulayıb, Mərkəzin işinə uğurlar arzulayıb.
AƏSMA-nın beynəlxalq əlaqələr üzrə prorektoru Xəyalə Məmmədova, Sosial iş fakültəsinin dekanı Nurəngiz Mikayılova, Həmkarlar ittifaqları kadr və fəalların ixtisasartırma və yenidən hazırlanması şöbəsinin müdiri Səadət Əliyeva çıxış edərək İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində əmək hüquqları, əməyin təhlükəsizliyi, yeni iş metodları kimi aktual mövzularda təlimlərin təşkil olunacağını bildiriblər.

Qeyd olunub ki, Mərkəzdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatlarının, eləcə də dövlət qurumlarının, özəl sektorun sifarişi əsasında peşəkar təlimlərin keçirilməsi, ixtisasartırma kurslarının təşkili nəzərdə tutulur.
Təlimlərin interaktiv, real iş keysləri, praktiki tapşırıqlar formatlarında aparılması, təlimçi olaraq müxtəlif sahələr üzrə təcrübəli mütəxəssislərin, beynəlxalq akkreditasiyalı ekspertlərin və mentorların cəlb edilməsi planlaşdırılır.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.