Məktəblərdə virtual tədris mühitləri yaradılmağa başlayıb
16:42 / 13-03-2025
Sumqayıtı Sarayla birləşdirən yeni körpüdən - Görüntülər
16:00 / 13-03-2025
Səhiyyə sahəsində robotik cərrahiyyə əməliyyatları daha da genişlənib
15:48 / 13-03-2025
Məktəblərdə fərdi öyrənmə planları ilə bağlı yeni sistemlər tətbiq edilib
15:00 / 13-03-2025
İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşüb
14:40 / 13-03-2025
Paşinyan: Yeni konstitusiya Bakının tələbi kimi təqdim olunur
13:48 / 13-03-2025
Prezident: Blinkenin siyasəti ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi
13:44 / 13-03-2025
"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə" dəyişib
13:40 / 13-03-2025
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavininə yeni vəzifələr verildi
13:21 / 13-03-2025
“İndi həmin o böyük qardaş Brüsseldir” - Prezident
12:52 / 13-03-2025
“Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb”
11:55 / 13-03-2025
Şəhidin xanımını öldürən qaynına - Bu cəza verildi
11:49 / 13-03-2025
Prezident XII Qlobal Bakı Forumunda iştirak edir - Fotolar - YENİLƏNDİ
11:39 / 13-03-2025
Polşa baş naziri Ərdoğanla görüşə "ayağı yaralı" gəldi - Video
11:31 / 13-03-2025
Prezident: Bu gün ölkəmiz onlarla ölkələrə enerji ixrac edir
11:24 / 13-03-2025
Hökumət sabah hesabat verəcək
11:02 / 13-03-2025
İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
10:31 / 13-03-2025
ABŞ Zəngəzur dəhlizinə marağını itirib?
09:54 / 13-03-2025
Çörəyimizi yeyib millətimizi söyən “həkim” - bu cəsarət onda haradandır?
09:48 / 13-03-2025
Revanşistlər Bakıya qarşı toplanır - bu gün İrəvanda...
09:43 / 13-03-2025
Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
09:36 / 13-03-2025
“Putin atəşkəsə razı olacaq, amma...”
09:29 / 13-03-2025
Sosial Şəbəkələrdə Dezinformasiyaya Qarşı Yeni Dövr Başlayır
22:12 / 12-03-2025
Kənd Təsərrüfatında Rəqəmsal İnqilab: AI və Robotlar Fermerlərə Dəstək Olur
21:43 / 12-03-2025
Dəniz Ticarətində Yeni Dövr: Avtonom Gəmilər və AI İdarəetmə Sistemləri
21:18 / 12-03-2025
Sosial Şəbəkələrdə Yeni Dövr: AI Moderatorları Nəzarəti Ələ Alır
20:43 / 12-03-2025
Eltun Süleymanov: "Novruz bayramı: Qələbə ruhu və Azərbaycanın yeni dövrü "

Novruz bayramı, Azərbaycanın xalqının ən qədim və əziz bayramlarından biridir. Hər il təbiətin oyanışı ilə, baharın gəlişi ilə qeyd edilən bu bayram, yalnız təbiətin yenilənməsi ilə deyil, həm də xalqımızın ruhunun yenilənməsi, milli birlik və qardaşlıq ideallarının möhkəmlənməsi ilə əlaqələndirilir. 2020-ci ilin payızında Azərbaycan Ordusunun qazandığı möhtəşəm zəfər, Novruz bayramını xüsusi bir anlamla daha da dəyərli etdi. Qarabağda əldə edilən böyük qələbə, yalnız Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi ilə sonuclanmadı, həm də xalqımızın həmrəyliyini və mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Novruz bayramı, bu il daha da böyük mənaya sahibdir, çünki biz yalnız təbiətin oyanışını deyil, həm də ərazi bütövlüyümüzün bərpa olunduğunu qeyd edirik. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva başda olmaqla, bu bayramda xalqımıza verilən mesajlar, ölkəmizin gələcək inkişafı üçün də böyük əhəmiyyət kəsb edir. Azərbaycanın zəfəri, həm də xalqımızın azadlıq mübarizəsinin qələbəsi olaraq tarixə yazıldı.
Bu sözləri aia.az-a açıqlamasında ictimai fəal Eltun Süleymanov deyib.
Müsahibimiz deyib ki, bir zamanlar qadağan olunan bu bayram Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində daha təntənəli, əsil ümumxalq bayramı kimi qey edilib, böyük coşqu ilə keçirilib. Ulu Öndər Heydər Əliyev 21 mart 2000-ci ildə demişdir: ““Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir.” Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Artıq bu bayram beynəlxalq müstəvidə tanınır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan, Hindistan, İran) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulmuşdur. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır. Təkcə 2020-ci ildə - Nəsimi ilində Mehriban xanım Əliyevanın ideyası və təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilmişdir. Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır-deyə E. Süleymanov fikrini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: Bu gün, 10:36 Oxunub: 3
Bölməyə aid digər xəbərlər
11-10-2023, 10:30
"Skripkanı çalan Fransadır" - PREZİDENT QARABAĞDAKI VƏZİYYƏT BARƏDƏ GENİŞ MƏLUMAT VERDİ
14-06-2023, 17:56
Milli Məclisin xüsusi iclası keçirilib, Heydər Əliyevin 100 illiyi ilə bağlı bəyanat qəbul olunub
10-05-2023, 09:49
Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
22-08-2022, 20:39
İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər - YENİLƏNİB-2
10-08-2022, 09:16
İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarının açılışında iştirak ediblər
22-06-2022, 10:12
İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışını ediblər
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
7-05-2022, 15:30
“Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı beşcildliyi işıq üzü görüb
20-03-2022, 19:13
İlham Əliyev Suqovuşandan Azərbaycan xalqını təbrik edib - TAM MƏTN
20-02-2022, 21:37
Kamaləddin Qafarov: “Azərbaycan cəmiyyəti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığının, məqsədyönlü fəaliyyətinin dəfələrlə şahidi olub”
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
30-08-2021, 11:56
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında - YENİLƏNİB + FOTO
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
12-05-2021, 19:33
Prezident Cıdır düzündə çıxış etdi
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO