Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyə universitetlərində ənənəvi təhsilə başlanılır

Baxış: 178
COVID-19 pandemiyası səbəbindən fəaliyyəti müvəqqəti dayandırılan Türkiyə universitetlərində sentyabrın 13-dən etibarən ənənəvi təhsilə başlanılır.Sahibkartv.az xəbər verir ki, pandemiya qaydaları çərçivəsində davam etdiriləcək 2021-2022-ci tədris ili ərzində universitetlər hibrid təhsil modeli, yəni, fəndən asılı olaraq üz-üzə və ya distant qaydada fəaliyyət göstərəcək.
Xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə universitet binaları Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən xüsusi rəqəmsal texnologiyalarla izlənəcək. Ötən il ərzində təhsildə yaranan boşluqların aradan qaldırılması məqsədilə həftə sonları da müvafiq dərslərin keçirilməsi nəzərdə tutulur. İmtahanların da ənənəvi şəkildə keçirilməsi planlaşdırılır

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.