Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Təhsil naziri Goranboyun Tapqaraqoyonlu məktəbində “Son zəng”də iştirak edib

Baxış: 469
Təhsil naziri Emin Əmrullayev Goranboy rayonunun Tapqaraqoyonlu kəndində keçirilən “Son zəng” tədbirində iştirak edib.
SAHIBKARTV.AZ xəbərinə görə, nazir əvvəlcə Goranboy rayon İcra Hakimiyyətininin başçısı Məhərrəm Quliyevlə birgə
Tapqaraqoyunlu kəndindəki Şəhidlər xatirə kompleksini ziyarət edib. Daha sonra nazir Azərbaycanın Milli Qəhrəmanı Niyazi Aslanovun adını daşıyan Tapqaraqyonlu kənd orta məktəbinə gəlib. Burada Milli Qəhrəmanın büstünün önünə gül qoyub. E. Əmrullayev məktəbdə keçirilən “Son zəng” tədbirini izləyib.
Nazir deyib ki, bu gün Tapqaraqoyunlu kəndində Milli Qəhrəman Niyazi Aslanovun adını daşıyan məktəbdə olmaq qürurvericidir: “Çünki bu kənd uzun müddət düşmənlə üzbəüz olduğu dövrdə bütün çətinliklərə baxmayaraq, tədrisi davam etdirib. Bu gün məzun olan şagirdlər yəqin ki, I sinifdən XI sinfə qədər bu şəraitdə təhsil alıblar. Bu gün isə məhz məzun olduqları gün zəfərimizin ilk məzun günü, “Son zəng”idir. Mənə elə gəlir ki, bu günü Tapqaraqoyunlu kəndində açıq səma altında tam təhlükəsiz şəraitdə keçirmək çox qürurvericidir. Buna görə də Azərbaycan Ordusuna, Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkürümü bildirirəm. Bu uşaqların hər birinə böyük ümidlər var. Builki məzunların qarşısında tamamilə fərqli bir yenilik, reallıq var. Onlar yəqin ki, ölkəmizin, Vətənimizin daha da inkişaf etməsi üçün əllərindən gələni edəcəklər”.
Tədbirdə qeyd olunub ki, Milli Qəhrəman Niyazi Aslanov adına Tapqaraqoyunlu kənd orta məktəbinin bu il 21 məzunu var.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.