Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Avropa İttifaqının komissarı Samir Nuriyev və Hikmət Hacıyevlə görüşdü - FOTO

Baxış: 372

Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi Azərbaycana səfəri çərçivəsində Azərbaycanın Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Bu barədə avropalı diplomat özünün “Twitter” hesabında yazıb.
Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub, Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu bildirilib.
Avropa İttifaqı ilə Azərbaycan arasında nəqliyyat, yaşıl enerji, rəqəmsal texnologiyalar, elm, təhsil və digər sahələr üzrə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. İşğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə, bərpa və yenidənqurma işlərində Avropa İttifaqının Azərbaycanı dəstəkləməyə hazır olduğu vurğulanıb.
Görüşdə TAP layihəsinin əhəmiyyəti qeyd olunaraq, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rol oynadığı bildirilib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.