Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ÜST: "Virus uzun illər həyatımızda qala bilər"

Baxış: 187

"Koronavirus, onun mutasiya olunmuş formaları və yeni ştamlara qarşı peyvəndin etibarlı olması şübhə altındadır" - Hans Klüge
Koronavirus, onun mutasiya olunmuş formaları və yeni ştamlara qarşı peyvəndin etibarlı olması şübhə altındadır.
Sahibkartv.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge bildirib.
İkili doza vaksinin koronavirusa 70 faiz son qoya biləcəyini ifadə edən Klüge yeni ştamların mövcudluğuna təsir edib-etməyəcəyinin şübhə doğurduğunu əlavə edib.
ÜST rəsmisi hazırda sürətlə yayılmaqda olan delta ştamına qarşı daha tutarlı peyvəndin hazırlanmasının zəruriliyini vurğulayıb.
"Virusun qrip kimi uzun illər həyatımızda qala biləcəyini nəzərə alsaq, peyvənd strategiyamızı da buna uyğunlaşdırmalıyıq", - Klüge əlavə edib.
ÜST-ün regional direktoruna görə, hökumətlər də tezliklə yeni strategiyalar təyin etməlidirlər. Əks təqdirdə, bütün dünyanı uzun müddət çətin günlər gözləyir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.