Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ÜST: “Delta” ştammı antikovid tədbirlərini qabaqlayır”

Baxış: 178
Müxtəlif ölkələrdə səhiyyə sistemlərinin koronavirusun “Delta” ştammına qarşı effektiv mübarizə üçün gücü çatmır.
Bunu Cenevrədə keçirilən ənənəvi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri Tedros Adanom Qebreyesus bəyan edib.
O bildirib ki, “Delta” variantı koronavirus əleyhinə tədbirləri, dünya ölkələrinin kollektiv reaksiyasını qabaqlayır.
Həmçinin, təşkilat rəhbəri vaksin çatışmazlığı yaşayan ölkələrdə xəstəliyə qarşı mübarizənin gücləndirilməsinin vacibliyindən danışıb.
Qebreyesus dünya dövlətlərini aşağı və orta gəlirli ölkələrin xeyrinə əlavə vaksin dozalarından imtina etməyə çağırıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.