Akademik M.Mirqasımov adına Respublika Klinik baş həkimi Telman İbadov işdən çıxarılıb.Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.
TƏBİB-dən bildirilib ki, onun yerinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Azər İsmayılov təyin olunub.
Telman İbadov isə həmin xəstəxananın direktor müavini vəzifəsinə keçirilib.





























