17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
Məlum olduğu kimi, martın əvvəlində Baş nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, İsveç Krallığının “AstraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksini Azərbaycan idxal ediləcək. Bəzi ölkələr sözügedən vaksinin alınmasından ötən günlərdə imtina etsələr də, dünən yenidən istifadə edəcəklərini bildiriblər.
Bu isə cəmiyyətdə bəzi sualların yaranmasına səbəb olub. Bununla yanaşı artıq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Avropa Dərman Agentliyi də “AstraZeneca” peyvəndinin vurulmasını tövsiyyə edib.
Mövzu ilə əlaqədar olaraq Oxu.Az-a açıqlama verən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bəzi məqamlara aydınlıq gətirib.
Azərbaycan hökumətinin vaksinasiya strategiyasına əsasən, növbəti mərhələdə “AstraZeneca” peyvəndinin alınıb ölkəmizə gətirilməsi və istifadəsi ilə bağlı verdiyi qərardan danışan N.Abdullayev bunu doğru addım kimi dəyərləndirib:
“Bu doğru addımı biz də alqışlayırıq. Amma təəssüflər olsun ki, son günlər “AstraZeneca” ilə bağlı elmi əsası olmayan fikirlər yayılır və həmin peyvəndin insanların sağlamlığına göstərəcək müsbət təsirlərinə kölgə salmaq cəhdləri müşahidə olunur. Təbii ki, bu fikirlərin və yanaşmanın hamısının yanlış olduğunu elmi əsaslarla sübut etmək mümkündür”.
Azərbaycanlı alim bəzi ölkələrin “AstraZeneca”dan imtinasının səbəblərindən danışıb:
“Bu peyvəndin beyin damarlarında əmələ gətirdiyi müəyyən dəyişikliklərlə bağlı məlumatlar yayılandan sonra bütün bu halları yoxlayıb qərara gəlmək üçün müəyyən ölkələrdə “AstraZeneca”dan imtina edilib. Təəssüflər olsun ki, bu qərarda da tam elmi əsasın olmadığını araşdırmalardan görə bilərik. Məhz buna görə Azərbaycanda bu sahə ilə məşğul olan mütəxəssisləri və məsul şəxsləri Avropada bəzi ölkələrin “AstraZeneca”dan imtina qərarına qarşı öz fikirlərini deməyə çağırış etdim.
Çünki bu, həm dövlət, həm də cəmiyyət üçün çox önəmli bir məqam idi. Biz bilirik ki, hələ ilk vaxtlarda dünya mediasında Çin peyvəndinə kölgə salmaq cəhdləri müşahidə olunurdu və bu da insanlarımız arasında peyvəndə qarşı ciddi inamsızlıq yaradırdı. Cəmiyyətdə bu inamsızlığı biz artıq bu dəfə də müşahidə etməyə başlayırıq və bunun da fəsadları çox ağır ola bilər. Ona görə də düşünürəm ki, bəzi ölkələrin bu peyvənddən imtinasının səbəbləri insanlara tam izah olunmalıdır”.
Tibb elmləri doktoru vurğulayıb ki, “AstraZeneca”nın müsbət təsirlərindən bəhs edən kifayət qədər elmi tədqiqatlar mövcuddur:
“Beyin damarlarında tromb əmələ gətirmə probleminə gəlincə isə, deyə bilərəm ki, ümumiyyətlə tromb problemi ümumi koronavirus xəstələrinin 2-3 faizində öz əksini tapıb. Birbaşa peyvəndlə əlaqələndirməyin heç bir elmi əsası yoxdur”.
“Almaniyadakı peyvənddən imtina məsələsinə gəldikdə isə qeyd edə bilərəm ki, bunun da tam təsdiqli heç bir elmi əsası yox idi, sadəcə ehtiyatlı və daha da təhlükəsiz olmaq üçün bu addımın atıldığı söylənilir. Belə ki, təxminən 1,6 milyon “AstraZeneca” peyvəndi alanların bu günə qədər bilinən yeddi nəfərinin beyin damarında tromb tapılıb. Əsasən, qadınların çoxluq təşkil etdiyi bu xəstələrdə müvafiq yaş qrupundakı tromb əmələgəlmə faizi illik miqdara çox yaxın olduğundan təhlükə kimi görülüb və alışı dayandırılıb.
Daha sonrakı statistik müqayisə İngiltərə ilə aparılıb və ora ilə müqayisədə də Almaniyada bu hallar çoxluq təşkil edib. Bu da bir çox insanlarda narahatlıq doğurub və “AztraZeneca” peyvəndinə qarşı növbəti inamsızlıq yaratdı. Amma burada incə bir məntiqli analiz insanların köməyinə gəlir. Belə ki, Almaniyada bu peyvəndin onsuz da yaşlılara tətbiqi məsləhət görülmədiyinə görə gənclərə vurulmuşdu və həmin gənclər, xüsusi ilə də qadınlar arasında tromb əmələgəlmə riski onsuz da yüksəkdir.
Ona görə də o beyində əmələ gələn trombları birbaşa peyvəndlə əlaqələndirmək elmi cəhətdən doğru deyil. İngiltərə ilə müqayisə də doğru deyil. Çünki İngiltərədə bu peyvəndi başlanğıcda yaşlı nəslin nümayəndələrinə vurublar və o, qocaların da beynində tromb əmələgəlmə riski ümumiyyətlə aşağı olduğundan orada tromblu xəstələrin sayları az olub və onu Almaniya ilə müqayisə etmək elmi cəhətdən doğru olmaz”, - deyə N. Abdullayev əlavə edib.
Bölməyə aid digər xəbərlər