14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
14:22 / 20-11-2024
Bu gün sosial media platformaları ən güclü biznes alətinə çevrilib. Çünki, hazırda informasiya qızıldan da dəyərlidir. Hər gün minlərlə məlumatı qeyri-ixtiyari qəbul edirik və bunlar bizi hansısa məhsulun potensial istehlakçısına çevirir.
İstehsalçı üçün vacib olan informasiya: “İstehlakçı nə istəyir?” sualına cavab tapmaqdır. Bunun üçün ilk növbədə “İstehlakçı kimdir?” sualına cavab vermək lazımdır.
Son dövrlər qlobal iqtisadi proseslərin necə cərəyan edəcəyini təxmin etmək çətinləşib. Çünki, bazarda artıq real rəqəmlərdən başqa məhsul imicini formalaşdıran meyarlar da önəmlidir.
Mediada mövqeyimizi ortaya qoyan reaksiyalarımızla gündəmi müəyyən edirik. Bir çox sahibkar da bu reaksiyalara əsasən strategiya seçir və işini həmin istiqamətdə qurur. Hansısa sahibkarın yaratdığı müsbət imic onun təqdim etdiyi bütün informasiyaları obyektiv qəbul etməyimizlə nəticələnir. Baxmayaraq ki, sosial mediada rezonansa səbəb olan hər təklif yaxşı perspektiv vəd etmir. Çünki, bura manipulyasiya imkanları geniş olan məcradır. Mediada hər kəsə açıq məlumatlardan əlavə yalnız bizə aid məlumatlar da var ki, bu şəxsi məlumatlar da istehlakçı profilimizdən xəbər verir. Buna görə də, indi sosial platformalar vasitəsilə insanların əksəriyyətinin proseslərə münasibətini öyrənmək çox sadədir. Kütlə nəyə maraq göstərirsə təsir etmə üsulları da ona uyğun tənzimlənir.
Sosial media platformalarının bazar münasibətlərində təsir gücü artıb və artıq birja böyük sahibkarların qazandığı, xırda biznesmenlərin isə itirdiyi bir oyun deyil. Bu “GameStop” ətrafında baş verən hadisələrdə də özünü göstərdi. Belə ki, şirkətin səhmlərinin ucuzlaşmasından istifadə edərək bunu gəlirə çevirən böyük səhmdarlara qarşı bir qrup kiçik sərmayədar “Reddit”də birləşərək səhm alışını artırdılar. Bununla da səhmlərin ucuzlaşacağını düşünən böyük fondlar ziyana getdilər. Kampaniyaya elm adamı və sahibkar İlon Mask da qoşularaq “Twitter”a “GameStonk” yazmaqla səhmlərin qiymətini daha da artırdı. Qısa müddətə oyunun qaydalarının dəyişməsindən sonra bazarı təhlil edən fond rəhbərləri növbəti dövrdə də bu kimi halların baş verə biləcəyindən ehtiyat etdiklərini bildirdilər.
İlon Mask nə etməyə çalışır?
İlon Mask sosial mediada başlayan bu mübarizəyə qoşulmaqla sadə vətəndaşın mövqeyindən çıxış edərək müsbət imic formalaşdırmağa çalışır. O həmçinin, “Dogecoin”lə bağlı da paylaşım edərək də kriptovalyutaya 75 faizlik dəyər qazandırır. Son dövrlərdə ucuzlaşan “Bitcoin”in də dəyəri Maskın paylaşımı ilə yenidən artır və daha sonra “Tesla”nın kriptovalyutaya 1,5 milyard dollar sərmayə qoyması ilə “Bitcoin”in dəyəri tarixi maksimuma - 48 min dollara çatıb. Beləliklə, Mask həm də formalaşdırdığı müsbət imic sayəsində öz biznes imkanlarını genişləndirir. Lakin, nəzərə alın ki, bu Mask üçün kiçik investisiyadır.
Təkcə İlon Mask “Bitcoin”in PR-nı aparmır, eləcə də, “Twitter”in ideya müəlliflərindən biri və rəhbəri Cek Dorsi də eyni formada paylaşım edərək kriptovalyutanın dəyərini artırır, həm də “Square” şirkəti vasitəsilə kriptovalyutaya qoyduğu investisiyanın həcmini artırır.
Beləliklə, mediada hər kəsə açıq fəaliyyətimizlə bağlı məlumatlar sahibkarların biznes strategiyasını müəyyən edir. Bununla yanaşı artıq şəxsi məlumatlarımız da media platformalarında istehlakçı kimi imicimizin müəyyən olumasında rol oynayır.
Yazışmalarınız nəyə görə Mark Zakerberq üçün maraqlıdır?
Bildiyiniz kimi, “Whatsapp” məlumatlarının “Facebook” tərəfindən istifadə ediləcəyi ilə bağlı yeni “gizlilik siyasəti”ni açıqlandı. Əslində, 2016-cı ildən etibarən “Whatsapp” məlumatlarımız “Facebook” ilə paylaşılır. Sadəcə, həmin dövrdə “gizlilik siyasəti” ilə bağlı bu öhdəlik məcburi deyildisə, bu gün məcburidir. Bununla da “Facebook” istehlakçısına daha yaxşı məhsul təklif etmək üçün sizinlə bağlı bəzi məlumatları topladığını bildirir. Axı, “Facebook” hansısa bir formada “Whatsapp”dan gəlir əldə etməlidir.
Birinə göndərdiyiniz mesajlar şifrələnə bilər, lakin “data” ətrafında yaratdığınız “meta-data” “Facebook” üçün gizli məlumat deyil. Yəni, sizin mesajlaşmalarınız ətrafında yaratdığınız “meta-data” vasitəsilə istifadəçi profili yaradılır və bununla da “Facebook” potensial istehlakçısını daha yaxından tanımağa şans qazanır. Beləliklə, bu məlumatlar əsasında “Facebook” platformada biznes fəaliyyətini genişləndirmək istəyən sahibkarlara daha yaxşı imkanlar yaradır. Məsələn, siz saat neçədə “Whatsapp”da olursunuz, kimlərlə neçə dəqiqə mesajlaşırsınız və s. bu kimi məlumatlar “meta-data”nı təşkil edir. Çox kiçik informasiyalardır, lakin, birləşdirəndə dolğun məlumat toplusu edir və təkcə bir nəfərin deyil, milyonlarla insanın bu kimi məlumatları potensial istehlakçı barədə detallı baza yaradır.
“Meta-data” nədir?
ABŞ Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı Edvard Snoudenin də dediyi kimi “meta-data” “fəaliyyət qeyd”ləridir. Mesajı göndərən və alan şəxs barədə qeyd edilən ilkin məlumatlar, məkan və s. bu tip informasiyalar da daxil olmaqla “meta-data” məlumatları yaranır. Sırf buna görə, “Facebook”un “Whatsapp” məlumatlarından istifadəni leqallaşdırması əks-sədaya səbəb oldu.
Belə bir nəticəyə gəlirik, sosial media hesablarımız bizim haqqımızda A-dan Z-yə qədər bütün məlumatları təqdim etməyə qadirdir. Necə ki, həqiqi həyatda şəxsi həyatımız haqqında gizliliyin qorunmasını təmin etməyə çalışırıqsa, rəqəmsal dünyada da bu istiqamətdə diqqəti artırmalıyıq. Çünki, bir şəxsin bütün informasiyalarından istifadə edilməklə geniş kütləyə təsir imkanları artırılır. Əvvəl isə bu təsir imkanlarını təyin etmək çox çətin idi. Buna görə də bazarda həqiqətən dayaqları möhkəm təməllərə söykənən biznes fəaliyyəti daha çox rəğbət qazanırdı. İndi isə bu balans dəyişib.
Hər kəs istehlakçıdır və nəyisə istehlak etmək üçün bizə səbəb lazımdır. “Bu nə üçün mənə lazımdır?” - sualına məntiqli bir cavab varsa həmin anda istehlakçıya çevrilirik.
Lakin, məhsulun sizə nəyə görə lazım olduğuna dair məntiqli bir cavabınız yoxdursa, deməli kütlə psixologiyası və güclü manipulyasiya vasitələri sizi onu istehlak etməyə sövq edir.
Və siz hələ də düşünürsüz ki, axı, nəyə görə yazışmalarınız Mark üçün maraqlıdır?
Bölməyə aid digər xəbərlər