Day, Month 00, Year
00: 00: 00 AM
ASK-nın Goranboy rayon nümayəndəsi: Konservləmə sexlərinə böyük tələbat var

“Region sahibkarı” rubrikasının qonağı Azərbaycan Sahibkarlar Konfederasiyasının Goranboy rayon nümayəndəsi Rüstəm Nağıyevdir. Məlumdur ki, qeyrineft sektorunun inkişafında regionların rolu böyükdür və xüsusən də ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında regionlarda yerləşən müəssisələr mühüm rol oynayır. Goranboy rayonu kənd təsərrüfatı üzrə ixtisaslaşsa da, bu rayonda bir neçə emal müəssisəsi fəaliyyət göstərir.
 - Rüstəm müəllim, Goranboy rayonunda hazırki sosial-iqtisadi vəziyyəti necə səciyyələndirərdiniz? - Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrası, Azərbaycanın digər rayonlarında olduğu kimi, Goranboy rayonunda davamlı sosial-iqtisadi inkişafa təkan vermiş, rayonumuzda aqrar sahənin və kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına şərait yaratmışdır. Ölkə Prezidentinin aqrar sahənin inkişafına olan diqqəti və qayğısı sakinlərimizi yenidən öz ənənəvi məşğuliyyətlərinə qaytardı. Bağçılığın inkişafına dövlət dəstəyi onları yeni, müasir meyvə bağlarının salınmasına və heyvandarlığın genişləndirilməsinə həvəsləndirdi. Ümumiyyətlə ölkəmizin hər yerində olduğu kimi, Goranboy rayonunda da Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində işlər uğurla davam etdirilir. Ölkə Prezidentinin rayona etdiyi səfərlər zamanı verdiyi tapşırıq və tövsiyələr, həmçinin ayrılan vəsaitlər hesabına rayonda geniş abadlıq-quruculuq işləri həyata keçirilmiş, rayon sakinlərinin rahat yaşamaları üçün sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Ulu öndərimiz Heydər Əliyevin ideyalarına sadiq olan goranboylular onlar üçün yaradılan bu şəraitə, yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirirlər. - Sizin nümayəndə olduğunuz rayonda hansı biznes sahələri daha geniş yayılıb və əhalinin məşğulluğu əsasən nədən ibarətdir? - Goranboy rayonunun ərazisi 1700.25 kv metr, əhalisi isə 105 min nəfərdir. Qarabağda gedən müharibələr nəticəsində, eləcə də Ermənistandan öz ata-baba yurdlarından qovulan 11 minə yaxın qaçqın və məcburi köçkün bizim rayonda məskunlaşıb. Yəni hazırda rayonun cəmi əhalisi 116 min nəfərdir. Goranboyda 2 şəhər, 6 qəsəbə, 79 kənd olmaqla ümumi 87 yaşayış məntəqəsi mövcuddur. Nəzərinizə çatdırım ki, Goranboy rayonu iqtisadi baxımdan çox əlverişli bölgələrdəndir. Rayonda əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı və heyvandarlıq ilə bağlıdır. Həmçinin rayonda pambıqçılıq, dənli bitkilərin becərilməsi və başqa kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsinə böyük səy göstərilir. Rəqəmlərlə ifadə etsək deyə bilərəm ki, bu il 2 min 775 hektarda pambıq, 22 min 644 hektarda dənli bitkilər becərilib. Qeyd etdiyim kimi, əhalinin əsas məşğuliyyətindən biri maldarlıqdır. Ona görə də Goranboyda orüş yerinin umumi sahəsi 68 min 828 hektardan çoxdur. Bunun 5 min 922 hektarı yay, 24 min 410 hektarı isə qışlaqdır. Kənd ətrafı örüş sahəsi isə 38 min 496 hektardır. Rayonda hazırda iri buynuzlu malqaranın sayı 39 min 105, xırda buynuzlu heyvanların sayı isə 198 min 828-dir. - Goranboydakı investisiya imkanlarını necə qiymətləndirirsiniz və hansı sahələrdə biznes qurmaq imkanları var? - Qeyd etdiyim kimi, Goranboyda əsasən aqrar sahə daha geniş yayılıb və burada aqrar sektora yönəlmiş biznesin inkişafı daha səmərəli nəticə verə bilər. Rayonun ərazisində ümumilikdə 20.0 hektardan çox istixana və açıq sahələrdə becərilən tərəvəz məhsulları, həyətyanı sahələrdəki əkin yerləri də də daxil olmaqla 2 min hektardan çox meyvə bağları mövcuddur. Bu da o anlama gəlir ki, Goranboy rayonunda olan bu cür potensial meyvə konservləri istehsalı sexlərinə böyük tələbat yaradır. - Emal sənayesinin inkişafı ilə bağlı rayonda hansı tədbirlər görülüb. Ən iri müəssisələr hansılardır və bu müəssisələrin əsas satış bazarları haradır? - Goranboyda böyük müəssisələr kimi “Gilan Holding” , “Aqropark”, “Kaskod Aqro MMC”-nin adını çəkə bilərəm. “Gilan Holding” alçipan istehsal edir və bu tikinti materialları qonşu rayonlara, Bakıya satılır. Qızılhacılıda yerləşən “Kaskod Aqro”MMC istilikxana kompleksi isə daha çox tərəvəzçiliklə məşğuldur. İstilikxana müasir texnologiyalarla işləyir və məhsuldarlıq, keyfiyyət göstəriciləri yüksəkdir. “Aqro Park” daha çox taxıl, qarğıdalı, yonca, pambıq əkinini həyata keçirir. Müəssisələrin əsas məqsədi ölkəmizi bu məhsullarla təmin etmək və idxal mallarının yerli mallarla əvəzlənməsinə töhfə verməkdir. Goranboyda istehsal olunan bu məhsullara Azərbaycanın hər bir bölgəsində rast gəlmək olar. - Hazırda rayonda fəaliyyət göstərən sahibkarların çətinlikləri hansılardır və bu çətinliklərin həlli istiqamətində müvafiq qurumlarla əməkdaşlıq edirsinizmi? - Rayonumuzda maldarlıq da geniş inkişaf edib və əhalinin əsas məşğuliyyəti sırasındadır. Hazırda rayonun fəaliyyət istiqamətləri sahibkarların bəslədikləri heyvanların satışı və süd məhsullarının satışı ilə bağlıdır. Hesab edirəm ki, ət və süd məhsulları üçün emal müəssisəsinə ciddi ehtiyac vardır. Muzdurlar (Türk Qida Sənaye) və Balakürd kəndində yerləşən heyvandarlıq kompleksləri məhsullarını əsasən qonşu şəhər və rayonlarda satırlar. Eyni zamanda, heyvandarlıqla bağlı emal müəssisələri açıla bilər. Məsələn dəri emalı müəssisəsi, süd məhsullarının qablaşdırılması sahəsində dəyər zənciri yaratmaq mümkündür və bu son nəticədə bazara daha müasir formalı və daha keyfiyyətli məhsul çıxartmağa imkan verər, həmçinin maldarlıqda son məhsuldək emal prosesinin qurulması əlavə iş yerlərinin yaranmasına səbəb olar. - Rüstəm müəllim, pandemiya dövrü rayonda fəaliyyətinizə necə təsir etdi, hansı sahələrdə bu daha çox hiss olundu? - Bildirmək istəyərəm ki, hər yerdə olduğu kimi Goranboy rayonunda da çətinliklər var. Xüsusən də iaşə obyektlərinin fəaliyyəti dayandırıldığından müəyyən maddi itkilərlə üzləşdilər. Məlum olduğu kimi, dövlətimizin sahibkarlara maddi dəstək proqramı həyata keçirildi. Burada isə əsas çətinlik müəyyən sahibkarların portalda qeydiyyatdan keçməsi ilə bağlı oldu. Amma bu da aradan qaldırıldı. Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq rayon icra hakimiyyəti ilə sıx əməkdaşlıq edərək, sahibkarlara əlimizdən gələn köməyi göstərdik və onlayn sistemdən istifadə ilə bağlı onların məlumatlılığının artırılması istiqamətində birgə çalışdıq. - Dövlətin pandemiya ilə əlaqədar karantin tədbirlərindən zərərçəkən sahibkarlara dəstəyindən sahibkarlar yararlana bilirlərmi? - Bəli, yuxarıda qeyd etdiyim kimi fəaliyyəti dayandirilmış sahibkarlar dövlət yardımından yararlandılar. Rayonda fəaliyyət göstərən sahibkarların bir çoxu öz vəsaiti heasabına həm dövlətin yaratdığı yardım fonduna, həm də rayonda az təminatlı ailələrə yardımlar etdi. Hər zaman dövlətin onların yanında olduğunu hiss edən sahibkarlar bu çətin gündə birləşərək dövlətimizin yanında olduqlarını bildirdilər. Vurğulamaq istərdim ki, rayon sahibkarlarına Goranboy rayon icra hakimiyyəti tərəfindən də hər zaman diqqət və qayğı göstərilir. ASK olaraq pademiya dövründə rayon icra hakimiyyəti ilə əməkdaşlığımız uğurlu oldu. Sahibkarların qarşılaşdığı çətinliyə kömək etmək istəyimiz hər zaman müsbət qarşılandı. Fürsətdən istifadə edərək, bu əməkdaşlığa görə Goranboy rayon icra başçısı hörmətli Məhərrəm Quliyevə rayon sahibkarları adından minnətdarlığımızı bildiririk. 


Tarix: 18-01-2021, 13:05 Oxunub: 402


Bölməyə aid digər xəbərlər