Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Tbilisidə Zəfər Günü münasibətilə tamaşa səhnəyə qoyulub - FOTO

Baxış: 280

“Era” teatrının yaradıcı heyəti 8 Noyabr – Zəfər Günü münasibətilə “Cənnətdən gələn məktublar” tamaşasını səhnələşdirib.
Bu barədə Diasporla iş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan dilində hazırlanan səhnə əsəri Tbilisidəki Akaki Xorava adına Aktyorlar Evində nümayiş olunub.
Tamaşanın quruluşçu rejissoru və pyesin müəllifi Anar Rafiqoğludur. Əsas mövzusu vətənpərvərlik və şəhidlik olan tamaşada əsas rolları Binəli İslamoğlu və Elnur Vəlizadə ifa edib. 
Əsərin ana xətti isə şəhid olmuş ata və oğulun dialoqu, atanın qızına ünvanladığı məktub üzərində qurulub.
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi ilə baş tutan tamaşanı izləyənlər arasında Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin və Dövlət Komitəsinin əməkdaşları, azərbaycanlı icmasının üzvləri, iş adamları, gənclər və ziyalılar olub.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.