Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan rəssamlarının əsərləri Luvr muzeyində nümayiş etdirilib

Baxış: 300

Parisin məşhur Luvr muzeyinin Karusel zalında keçirilən “Art Shopping-2021” beynəlxalq incəsənət sərgisində Azərbaycan rəssamlarının əsərləri nümayiş etdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Sahibkartv.az-a bildirilib ki, Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovaya məxsus “ASMAR Art” pavilyonunda Azərbaycan rəssamları ilə yanaşı, Türkiyə, Fransa, Əlcəzair və Gürcüstandan olan müəlliflərin də sənət əsərləri təqdim olunub.
Onların arasında Estoniyada yaşayan azərbaycanlı rəssam Rövşən Nurun impressionist üslubda çəkdiyi əsərlər də olub.
Pavilyonda təqdim olunan əsərlərdəki rəng sxemi, ətraf aləmin qavranılması kimi mühüm məsələlər sərgi ziyarətçilərində böyük maraq doğurub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.