Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gürcüstanın Milli Muzeyinin Şərq kolleksiyası Bakıdan Tbilisiyə qaytarılıb

Baxış: 362
2019-cu ilin mayından Bakıda sərgilənən Gürcüstanın Milli Muzeyinin Şərq kolleksiyası Tbilisiyə qaytarılıb.
Qeyd olunub ki, muzeyə məxsus eksponatlar dünyanın məşhur memarı Zaha Hadidə məxsus və XXI əsrin ən möhtəşəm memarlıq abidəsi kimi tanınan Heydər Əliyev Mərkəzində nümayiş etdirilib.
“Pandemiyaya baxmayaraq, 2019-cu ilin mayın 27-dən 2021-ci ilin aprel ayının ortalarına qədər minlərlə ziyarətçi “Tarixin şah əsərləri” adlı sərgini ziyarət edib”, - məlumatda qeyd olunub.
Üç yüzədək eksponatın təqdim olunduğu sərgidə Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim fars incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən kolleksiya və məşhur fotoqraf Dmitri Yermakovun unikal fotoarxivi nümayiş etdirilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.